28 May - Müstəqillik Günü

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107-ci ildönümü münasibətilə musiqi müəllimi Elnurə Rzayeva və UBT rəhbəri Aynur Piriyevanın təşkilatçılığı ilə məktəbimizdə 28 May – Müstəqillik Günü qeyd olunub. Tədbirin məqsədi şagirdlərə müstəqillik tariximiz haqqında məlumat vermək, vətənpərvərlik ruhunu aşılamaq və milli dəyərlərimizi təbliğ etmək idi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca məktəbin direktoru Nazəni Məmmədova çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti və tariximizdəki əhəmiyyəti haqqında məlumat verib.
Şagirdlər ədəbi-bədii kompozisiyalar ilə çıxışlar ediblər, şeirlər söyləyiblər, mahnılar ifa ediblər.