Valideyn iclası 11-ci siniflərdə
18.04.2025-ci il tarixində məktəb rəhbərliyinin təşkilatçılığı ilə 11-ci siniflərdə valideyn iclası keçirilib. İclasda şagirdlərin buraxılış imtahanlarının nəticələrinin təhlili, zəif nəticə toplayan şagirdlərin peşə məktəblərinə yönləndirilməsi və digər cari məsələlər müzakirə edilib. İclada Emal Sənayesi üzrə Bakı Dövlət Peşə təhsil mərkəzinin əməkdaşları da iştirak ediblər. Onlar valideynlərə peşəyönümü ilə əlaqədar olaraq təbliğat və təşviğat işinin aparılması məqsədi ilə tədris olunan ixtisaslar haqqında məlumatlar veriblər.