FƏXRİMİZ

               Zakir Yusif oğlu Bəhmənov 1962-ci il 8 iyunda Qərbi Azərbaycanın Toxluca kəndində anadan olub. Orta təhsilini doğma kəndi Toxlucada alıb. 1989-cu ildə Qərbi Azərbaycandan qaçqın düşüb. Həmin ildən Sabunçu rayon Yusif Qasımov adına Nəqliyyat Mexanikləşdirmə İdarəsində sürücü vəzifəsində işləyib. Əməksevərliyi və bacarığı ilə kollektiv arasında hörmət və rəğbət qazanmışdır. 1993-cü ilin noyabrında könüllü olaraq torpaqlarımızı erməni təcavüzündən qorumaq üçün vətənin müdafiəsinə yollandı. Ağdam rayonunun Güllücə, İlxıcı, Cavahirat kəndlərində gedən döyüşlərdə qəhramanlıq göstərmişdir. 1994-cü il 25 apreldə Ağdam rayonunun Baş Qərvənd kəndi uğrunda gedən döyüşdə düşmən gülləsinə tuş gəlmişdir. Şəhidlik zirvəsinə ucalan Zakir Bəhmənov II Fəxri xiyabanda dəfn olunub. Hazırda Bakı  Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 68 nömrəli tam orta məktəb Zakir Bəhmənovun adını daşıyır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi