HAQQIMIZDA

68 №-li tam orta məktəb Sabunçu rayonunun Mehdi Hüseynzadə 31 (Musabəyov 31) ünvanında yerləşir. Məktəb  1914–cü ildə inşa olunub, qızlar məktəbi kimi fəaliyyət göstərmişdir. Müharibə zamanı hərbi hospital kimi istifadə olunub, daha sonra 1948-ci ildə yenidən məktəb kimi fəaiyyət göstərmişdir.

1995-ci ildən məktəbə Ağdam şəhərinin Baş Qərvənd kəndində gedən ağır döyüşlərdə qəhramancasına şəhid olmuş Bəhmənov Zakir Yusif oğlunun adı verilmişdir.

Məktəb əsas tədris korpusundan və əlavə korpusdan (idman zalı, akt zalı) ibarətdir. Əlavə korpus olan idman zalı və akt zalı yenidən tikilərək 2016-ci ildən məktəbin fəaliyyətinə verilmişdir.

Məktəb 5 günlük iş həftəsində 2 növbə fəaliyyət göstərir. Məktəbdə Azərbaycan və Rus bölmələri var. Hal-hazırda məktəbdə 9-u ibtidai, 14-ü yuxarı sinif olmaqla 23 sinif fəaliyyət göstərir.

Məktəbdə hər ay müntəzəm olaraq müxtəlif tədbirlər, Dövlət bayramları, dəyirmi masalar təşkil olunur.

Məktəbin kitabxana, informatika, kimya, fizika kabinetləri, tibb otağı, akt zalı, idman zalı şagird və müəllimlərin xidmətindədir.

Məktəbin şagirdləri Respublikanın nüfuzlu ali məktəblərinə daxil olurlar. Məktəbin məzunlarının ali məktəblərə qəbul faizi hər il bir ötəkindən daha yüksəkdə olur.

Məktəbin pedoqoji kollektivi tədris prosesində təhsilin keyfiyyətinə, şagirdlərin bilik və bacarıqlarının formalaşmasına, vətənpərvərlik ideyasına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaşlar və şəxsiyyətlər yetişdirməyə çalışır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi