Dövlət Bayrağı Muzeyinə Ekskursiya

    Məktəbin şagirdləri Kiçik Akademiya rəhbəri Nigar Abasovanın təşkilatçılığı ilə Bakı şəhərində yerləşən Dövlət Bayrağı Muzeyinə ekskursiya etdilər. Ekskursiya zamanı şagirdlər Azərbaycan Respublikasının dövlət rəmzləri — bayraq, gerb və himn haqqında ətraflı məlumat əldə etdilər. Muzeydə müxtəlif dövrlərə aid bayraqlar, tarixi sənədlər və fotolar nümayiş olunurdu.     Şagirdlər Azərbaycan bayrağının yaranma tarixi, onun üzərindəki rənglərin və simvolların mənası ilə tanış oldular. Muzeyin qarşısında ucaldılmış nəhəng bayraq dirəyi xüsusi maraq doğurdu. Ekskursiya şagirdlərdə vətənə sevgi və dövlət rəmzlərinə hörmət hissini daha da gücləndirdi. Bu səfər onlar üçün həm maarifləndirici, həm də yaddaqalan oldu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi