Yeni tədris ilinin ilk Pedaqoji iclası

12 sentyabr 2025-ci il tarixində məktəbimizdə 2025-2026-cı tədris ilinin ilk Pedoqoji Şura iclası keçirilib. İclasın açılışını məktəbin direktoru Nazəni Məmmədova çıxış edərək gündəlikdə olan məsələlər ilə iştirakçıları tanış edib. Direktor müavini Şəbnəm Mirzəliyevanın da iştirak ilə keçirilən iclasda qarşıdakı ilin fəaliyyət planı,təhsil prosesinin keyfiyyətinin artırılması, şagird nailiyyətlərinin yüksəldilməsi, valideyn-məktəb əməkdaşlığının genişləndirilməsi, ötən tədris ilinin IV, VI, IX siniflərin nəticələrinin kompleks təhlili və bir sıra digər məsələlər müzakirə olunub. Məqsədimiz - şagirdlərimizin uğurlu gələcəyi üçün daha səmərəli təhsil mühiti yaratmaqdır. Yeni dərs ilində bütün kollektivə, eyni zamanda yeni təyin olunmuş müəllimlərimizə, şagirdlərimizə və valideynlərimizə uğurlar arzu edirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi