Kiçik Akademiya

Əsrimizin dəhşətli bəlası67 nömrəli tam orta məktəbdə "Narkomaniya insanın mənəviyyatını məhv edir" mövzusuna həsr olunmuş tədbir keçirilib. Tədbirdə "Kiçik Akademiya"-nın nümayəndələrinin səhnələşdirdikləri mövzuya uyğun səhnəcikdə laqeyid ailə, valideyn qayğısından məhrum olan məktəbli, onu narkotika alüdəçisinə çevirən pis niyyətli kənar şəxslər və məhv olmuş bir həyat nümayiş etdirilib. Həmçinin şagirdlərin ifasında şeir və rep səsləndirilib, mövzu ətrafında qonaqlarla birlikdə müzakirələr aparılıb. Daha sonra şagirdlər tərəfindən yazılmış inşalar və çəkilmiş rəsmlər təqdim olunub. Tədbirdə məktəbin direktoru İradə Bayramova, direktor müavinlərindən Ceyran Məmmədova və Məleykə Muradova, tibb bacısı Təranə Namazova və Sabunçu Rayon Polis İdarəsində "Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili" bölməsinin rəisi, polis mayoru Əli Babayev qonaq olublar. Sonda qonaqlar çıxış edərək narkotikin insanı “canlı ölü”yə çevirdiyini vurğulayıblar. Polis mayoru Əli Babayev qeyd edib ki, narkomaniyanın profilaktikası yeniyetmələr tərəfindən çox ciddi qəbul olunmalı və birmənalı olaraq onlarda narkotiklərdən uzaq durma mövqeyini formalaşdırmalıdır. Narkomaniyaya qarşı profilaktika sistematik olmalı və kütləvi xarakter daşımalıdır. Belə vacib bir mövzuya aid tədbirin təşkilinə görə məktəbin kimya müəllimi, "Kiçik Akademiya"-nın rəhbəri Günel Səttarovaya təşəkkür edirik.

Ətraflı

"Kiçik Akademiya"-nın üzvləri görkəmli yazıçını yad ediblər"Kiçik Akademiya"-nın Azərbaycan dili və ədəbiyyat kafedrasının üzvləri, bu kafedraya təhkim olunmuş müəllimlərdən Zülfiyyə Ələsgərova, Ülviyyə Qarayeva və "Kiçik Akademiya"-nın rəhbəri Gülnarə Bağırova Azərbaycan yazıçısı, dramaturqu, jurnalisti, ictimai xadimi, "Molla Nəsrəddin" ədəbi məktəbinin banisi və ideya rəhbəri olan Cəlil Məmmədquluzadənin 150 illik yubileyi münasibəti ilə ədibin ev muzeyini ziyarət ediblər. Muzeyin elmi işçisi akademiyanın üzvlərini Cəlil Məmmədquluzadənin keçdiyi həyat yolu, apardığı mübarizə və qaldırdığı problemlərlə daha yaxından tanış edib. Muzeydə nümayiş olunan "Molla Nəsrəddin" jurnalının nömrələri, C. Məmmədquluzadənin əsərlərinə çəkilmiş karikaturalar, yazıçının müxtəlif dillərdə çap olunmuş əsərləri şagirdlərin marağına səbəb olub.

Ətraflı

Kiçik akademiyanın üzvləri “Ölkəmizi tanıyaq” XII tur-aksiyasındaSabunçu məktəbliləri “Ölkəmizi tanıyaq” maarifləndirici 12-ci tur-aksiyanın tarixində bir ilkə imza atıb Respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsində Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə ekskursiyada iştirak edən Quba, Qusar, Şabran, paytaxtın Nizami, Pirallahı, Sabunçu, Səbail, Suraxanı və Yasamal rayonlarından olan məktəblilər Gəncəyə gediblər. Məktəblilərin noyabrın 21-dək davam edən səfəri artıq başa çatıb. Qeyd edək ki, 18 noyabr tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında “Ölkəmizi tanıyaq” maarifləndirici 12-ci tur-aksiya iştirakçılarının müəyyən olunmuş qrafik üzrə təntənəli yolasalma mərasimi keçirilib. 12-ci tur-aksiya iştirakçıları xüsusi ayrılmış avtobusla Gəncə-Göygöl-Şəmkir istiqamətində yola düşüblər. 67 nömrəli tam orta məktəbin X “a” sinif şagirdi Samin Hüseynov və X “b” sinif şagirdi Dilşad Musayeva, təşkilati işlər üzrə direktor müavini Azad Kələşov tur-aksiyada iştirak edərək məktəbi təmsil ediblər. “Ölkəmizi tanıyaq” 12-ci tur aksiyada iştirak edən Sabunçu məktəbliləri rayonlararası keçirilən intellektual yarışda bir ilkə imza ataraq I, II və III yerlərin qalibi olub hər üç kuboku əldə ediblər. Bu möhtəşəm qələbə münasibəti ilə məktəbliləri və əməyi keçən hər kəsi təbrik edirik.

Ətraflı

Kiçik Akademiyanın növbəti iclası keçirildiMəktəbdə "Kiçik Akademiya"-nın üzvlərinin iştirakı ilə iclas keçirildi. İclas zamanı direktor müavini Gülnarə Bağırova çıxış edərək "Kiçik Akademiya"-nın Fəaliyyət Planından bəhs etdi və qarşıda duran məsələlər müzakirə olundu. İştirakçıların fikir və təklifləri dinlənildi və növbəti iclasın vaxtı təyin olundu.

Ətraflı

Kiçik Akademiya üzvlərinin bayraq sevgisi  67 nömrəli tam orta məktəbdə Bayraq Gününə həsr edilmiş silsilə tədbirlərin növbətisi "Kiçik Akademiya"-nın üzvləri tərəfindən keçirildi. Şanlı Azərbaycan bayrağının şeir və mahnılarla vəsf olunduğu tədbirdə şagirdlər tərəfindən hazırlanmış videoçarxlar da nümayiş etdirildi. Tədbirdə qonaq qismində iştirak edən "Kiçik Akademiya"-nın rəhbəri Gülnarə Bağırova, Azərbaycan dili müəllimi Aygün Məmmədova, təsviri incəsənət müəllimi Sevil Sultanova, məktəbin UBR-i Nigar Mirzəcanova və məktəbin VMA prezidenti Naibə Əhmədova çıxış edərək şagirdlərə öz təəssüratlarından bəhs etdilər və maraqlı tədbirin təşkilinə görə "Kiçik Akademiya"-nın nümayəndələrinə təşəkkür etdilər.

Ətraflı

67 nömrəli məktəbdə İmadəddin Nəsiminin 650 illik yubileyi2019-cu ildə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Bu münasibətlə 67 nömrəli tam orta məktəbdə Fəaliyyət Planına uyğun olaraq silsilə tədbirlərin keçirilməsi davam etdirilir. 12 oktyabr 2019-cu il tarixində məktəbin Azərbaycan dili müəllimi Zülfiyyə Ələsgərovanın təşkilatçılığı ilə "Məndə sığar iki cahan" adlı tədbir keçirildi. Tədbirdə "Nəsimi" filminin bəzi unudulmaz hissələri səhnələşdirildi, İmadəddin Nəsiminin həyat və yaradıcılığından bəhs olundu, qəzəlləri və sözlərinə bəstələnmiş mahnılar səsləndirildi. Tədbiri maraqla izləyən qonaqlar sonda öz fikirlərini bildirərək iştirakçılara və tədbirdə əməyi keçən hər kəsə təşəkkürlərini bildirdilər. "Məndə sığar iki cahan" adlı bu möhtəşəm tədbirin ərsəyə gəlməsində göstərdikləri təşkilati dəstəyə görə 67 nömrəli tam orta məktəbin direktoru İradə Bayramovaya, direktor müavini Məleykə Muradovaya, musiqi müəllimi Sevil Ağamalıyevaya və Azərbaycan dili müəllimi Ülviyyə Qarayevaya təşəkkür edirik. İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. O, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmişdir. Mütəfəkkir şairin dərin poetik fikirlərlə fəlsəfi görüşlərin vəhdətində olub, dövrün elmi-fəlsəfi düşüncəsinin aydın ifadəçisinə çevrilmiş müstəsna əhəmiyyətli ədəbi irsi qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil edir. İmadəddin Nəsimi yaradıcılığı daima yaşamalı və yaşadılmalıdır. https://youtu.be/twwcQ_8YqWM

Ətraflı

Müstəqil Azərbaycan, demokratik ölkə, azad vətəndaşlar  67 nömrəli tam orta məktəbdə 18 Oktyabr Dövlət Müstəqilliyi Günü qeyd olundu. Məktəbin Azərbaycan dili müəllimi Tamilə Calalzadənin və Kiçik Akademiyanın üzvlərinin birgə təşkilatçılığı ilə 18 oktyabr tarixində V-VII sinif şagirdlərinin iştirakı ilə möhtəşəm tədbir keçirildi. Tədbirdə vətənpərvərlik ruhu aşılayan şeir və mahnılar səsləndirildi, rəqs ifa olundu və videoçarxlar nümayiş etdirildi. Tədbir boyunca müstəqilliyimizin banisi Ulu öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edildi və onun uğurlu siyasətinin nəticəsində hal-hazırda bu günü bayram əhval-ruhiyyəsi ilə qeyd edə bildiyimiz vurğulandı. Ulu öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və onun əbədiliyi təmin edilir. Bütün bunlar bir daha deməyə əsas verir ki, Azərbaycanın müstəqilliyi əbədi və sarsılmazdır. Bayramınız mübarək, əziz həmvətənlər!

Ətraflı

Kiçik Akademiyanın Sabunçu rayonu üzrə Regional Mərkəzinin I iclası9 sentyabr 2019-cu il tarixində 112 nömrəli tam orta məktəbin “Kiçik Akademiya”-sının təşkilatçılığı ilə Sabunçu rayonu üzrə Regional Mərkəzin I iclası keçirildi. Tədbir Sabunçu Rayonu Gənclər Evində baş tutdu. İclas Azərbaycan Dövlət Himninin səslənməsi ilə başladı. İclasda Sabunçu rayonu məktəblərinin nümayəndələri iştirak etdilər. Regional bölmənin rəhbəri KA-nın prezidenti S. Şahverdiyev çıxış edərək məktəbin fəaliyyət planı, rayon səviyyəsində görüləcək işlər barədə danışdı. Sonda yeni ideyaları, layihələri olan məktəblərin nümayəndələri çıxış edərək öz fikirlərini bildirdilər.

Ətraflı

Kiçik akademiyanın "Hüquqlarımı necə qoruyuram" mövzusunda seminarı67 nömrəli tam orta məktəbdə növbəti seminar keçirildi. Seminar "Hüquqlarımı necə qoruyuram" mövzusuna həsr olunmuşdu. Məktəbin tarix müəllimi Məlahət Mirzəyeva və psixoloq Lalə Tağıyevanın təşkilatçılığı ilə keçirilən seminarda mövzu ilə bağlı fikirlər səsləndirildi, şagirdlərə məsləhətlər verildi. Tədbir "Kiçik akademiya"-nın nümayəndələrinin iştirakı ilə keçirildi.

Ətraflı

Şagird Özünüidarəetmə orqanının İnformasiya və Kommunikasiya Nazirliyinin növbəti iclası   Bakı şəhəri Sabunçu rayonu 67 nömrəli tam orta məktəbin Şagird Özünüidarəetmə orqanının nazirləri və onlara təhkim olunmuş kurator müəllimlərin işinin səmərəliliyini artırmaq məqsədilə kurator müəllimlərin təşkilatçılığı ilə iclasların keçirilməsi davam etdirilir. Şagird Özünüidarəetmə orqanının İnformasiya və Kommunikasiya Nazirinin kurator müəllimi Məleykə Muradovanın rəhbərliyi ilə nazir və müavinlərinin iştirakı ilə növbəti iclas keçirildi. İclas zamanı keçirilməsi nəzərdə tutulan tədbirin ssenarisi hazırlandı, iş bölgüsü aparıldı. Növbəti iclasın və məşqlərin tarixi müəyyənləşdirildi.

Ətraflı

Ümummilli liderin 96-cı ildönümünə həsr olunmuş müsabiqə67 nömrəli tam orta məktəbdə "Kiçik Akademiya"nın üzvlərinin iştirakı ilə müsabiqə keçirildi. Ümummilli lider Heydər Əlirza oğlu Əliyevin 96-cı ildönümünə həsr olunmuş "Ən yaxşı təqdimat" müsabiqəsində şagirdlər öz təqdimatları ilə çıxış etdilər və münsiflər heyəti tərəfindən qiymətləndirildilər. Münsiflər heyətinin tərkibində məktəbin tərbiyə işləri üzrə direktor müavini Azad Kələşov, uşaq birliyi rəhbəri Nigar Mirzəcanova, psixoloq Lalə Tağıyeva, Azərbaycan dili müəllimi Tamilə Calalzadə, məktəbin VMA nümayəndəsi Pərvanə Əsədova iştirak edirdilər. "Ən yaxşı təqdimat" müsabiqəsinin qalibi toplanılan ballar əsasında müəyyənləşdirildi.

Ətraflı

67 nömrəli tam orta məktəbin Şagird Özünüidarəetmə orqanının kurator müəllimi Məleykə Muradovanın təşkilatşılığı ilə iclas keçirildiBakı şəhəri Sabunçu rayonu 67 nömrəli tam orta məktəbin Şagird Özünüidarəetmə orqanının nazirləri və onlara təhkim olunmuş kurator müəllimlərin işinin səmərəliliyini artırmaq məqsədilə kurator müəllimlərin təşkilatçılığı ilə iclaslara start verildi. İlk iclas Şagird Özünüidarəetmə orqanının İnformasiya və Kommunikasiya Nazirinin kurator müəllimi Məleykə Muradovanın rəhbərliyi ilə nazir və müavinlərinin iştirakı ilə keçirildi. İclasda qarşıda duran məsələlər, görüləcək işlər müzakirə olundu, hesabatlar və təkliflər dinlənildi, Şagird Özünüidarəetmə orqanının İnformasiya və Kommunikasiya Nazirliyinin Nizamnaməsi iştirakçılara təqdim edildi. Sonda Məleykə Muradova İnformasiya və Kommunikasiya Naziri Şirinov Murada və müavinlərinə tapşırıqlarını verərək iclası yekunlaşdırdı.

Ətraflı

Bakı şəhəri Sabunçu rayonu 67 nömrəli tam orta məktəbin Şagird Özünüidarəetmə orqanının növbəti iclası keçirildiBakı şəhəri Sabunçu rayonu 67 nömrəli tam orta məktəbin Şagird Özünüidarəetmə orqanının növbəti iclası keçirildi. İclas zamanı məktəbin direktoru İradə Bayramova tərəfindən Şagird Özünüidarəetmə orqanının hər nazirliyinə təhkim olunmuş kurator müəllimlər elan olundu və nazirlərlə görüləcək işlər barədə müzakirələr aparıldı. Nazirliklər və təhkim olunmuş kurator müəllimlər: 1. Təhsil Naziri Bayramlı Nuridə İlqar qızı, kurator müəllim Bağırova Gülnarə Abbas qızı. 2. Daxili İşlər Naziri Məmmədov Ağakazım Nazim oğlu, kurator müəllim Əsgərova Vüsalə Əlirza qızı. 3. Xarici İşlər Naziri Kələşova Aytən Azad qızı, kurator müəllim Rüstəmova Sulidə Əlişan qızı. 4. İnformasiya və Kommunikasiya Naziri Şirinov Murad İlqar oğlu, kurator müəllim Muradova Məleykə Hökmüran qızı. 5. Ekologiya Naziri Osmanova Gülşən Mail qızı, kurator müəllim Quliyeva Natəvan Təhmasib qızı. 6. İdman Naziri Rəhimov Nicat Sarvan oğlu, kurator müəllim Aslanova Xəyalə Nəriman qızı. 7. Səhiyyə Naziri Əhmədova Mətanət Eldar qızı, kurator tibb bacısı Namazova Təranə Yurif qızı. 8. Mədəniyyət və İncəsənət Naziri Bayramlı Arzu Cavanşir qızı, kurator müəllim Ağamalıyeva Sevil Möhübbət qızı. 9. Müdafiə Naziri Zeynalov İsmayıl Vüqar oğlu, kurator müəllim Ziyatxanova Zeynəb Əkbər qızı. 10. Fövqəladə Hallar Naziri Bayramlı Əli Cavanşir oğlu, kurator müəllim Kələşov Azad Nizami oğlu. 11. Maliyyə Naziri Orucov Samir Firuz oğlu, kurator müəllim Ələkbərova Günel Zöhrab qızı. 12. Təsərrüfat Naziri Əhmədov Nicat Kərim oğlu, kurator müəllim Səttarova Günel Sehran qızı. Şagird Özünüidarəetmə orqanının bütün nazirliklərinə və onlara təhkim olunmuş kurator müəllimlərə uğurlar diləyir, məktəbimiz üçün xeyirli olmasını arzu edirik.

Ətraflı

"Kiçik Akademiya"nın üzvlərinin iştirakı ilə intellektual yarış keçirildi  67 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Günel Ələkbərovanın və "Kiçik Akademiya"nın üzvlərinin birgə təşkilatçılığı ilə VIII siniflər arasında "Nə? Harada? Nə zaman?" intellektual yarışı keçirildi. Yarışda bütün suallar ingilis dilində tərtib olunmuşdu və cavablar yalnız ingilis dilində qəbul olunurdu. Yarışın münsiflər heyətinin tərkibində məktəbin direktoru İradə Bayramova, direktor müavinləri Ceyran Məmmədova, Gülnarə Bağırova və Məleykə Muradova, ingilis dili müəllimləri Zemfira Ələsgərova və Rəna Məmmədova iştirak edirdilər. Yarış üç mərhələdən ibarət oldu. Finalda VIII "a" sinfi I yer, VIII "ə" sinfi II yer, VIII "ç" sinfi III yer tutdu. Qaliblər diplom və hədiyyələrlə təltif olundular.

Ətraflı
HAQQIMIZDA

Üç əsrin şahidi-67 nömrəli tam orta məktəb birinci iki sinifli Sabunçu&ndash...

BİZİM FƏXRLƏRİMİZ

Zülayə Quluzadə Yasin

Mikayıl Budaqov Əhməd

HAQQIMIZDA

Üç əsrin şahidi-67 nömrəli tam orta məktəb birinci iki sinifli Sabunçu&ndash...

BİZİM FƏXRLƏRİMİZ

Zülayə Quluzadə Yasin

Mikayıl Budaqov Əhməd

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi