"Kiçik Akademiya"-nın üzvləri görkəmli yazıçını yad ediblər

"Kiçik Akademiya"-nın Azərbaycan dili və ədəbiyyat kafedrasının üzvləri, bu kafedraya təhkim olunmuş müəllimlərdən Zülfiyyə Ələsgərova, Ülviyyə Qarayeva və "Kiçik Akademiya"-nın rəhbəri Gülnarə Bağırova Azərbaycan yazıçısı, dramaturqu, jurnalisti, ictimai xadimi, "Molla Nəsrəddin" ədəbi məktəbinin banisi və ideya rəhbəri olan Cəlil Məmmədquluzadənin 150 illik yubileyi münasibəti ilə ədibin ev muzeyini ziyarət ediblər. Muzeyin elmi işçisi akademiyanın üzvlərini Cəlil Məmmədquluzadənin keçdiyi həyat yolu, apardığı mübarizə və qaldırdığı problemlərlə daha yaxından tanış edib. Muzeydə nümayiş olunan "Molla Nəsrəddin" jurnalının nömrələri, C. Məmmədquluzadənin əsərlərinə çəkilmiş karikaturalar, yazıçının müxtəlif dillərdə çap olunmuş əsərləri şagirdlərin marağına səbəb olub.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi