67 nömrəli məktəbdə İmadəddin Nəsiminin 650 illik yubileyi

2019-cu ildə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Bu münasibətlə 67 nömrəli tam orta məktəbdə Fəaliyyət Planına uyğun olaraq silsilə tədbirlərin keçirilməsi davam etdirilir. 12 oktyabr 2019-cu il tarixində məktəbin Azərbaycan dili müəllimi Zülfiyyə Ələsgərovanın təşkilatçılığı ilə "Məndə sığar iki cahan" adlı tədbir keçirildi. Tədbirdə "Nəsimi" filminin bəzi unudulmaz hissələri səhnələşdirildi, İmadəddin Nəsiminin həyat və yaradıcılığından bəhs olundu, qəzəlləri və sözlərinə bəstələnmiş mahnılar səsləndirildi. Tədbiri maraqla izləyən qonaqlar sonda öz fikirlərini bildirərək iştirakçılara və tədbirdə əməyi keçən hər kəsə təşəkkürlərini bildirdilər. "Məndə sığar iki cahan" adlı bu möhtəşəm tədbirin ərsəyə gəlməsində göstərdikləri təşkilati dəstəyə görə 67 nömrəli tam orta məktəbin direktoru İradə Bayramovaya, direktor müavini Məleykə Muradovaya, musiqi müəllimi Sevil Ağamalıyevaya və Azərbaycan dili müəllimi Ülviyyə Qarayevaya təşəkkür edirik. İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. O, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmişdir. Mütəfəkkir şairin dərin poetik fikirlərlə fəlsəfi görüşlərin vəhdətində olub, dövrün elmi-fəlsəfi düşüncəsinin aydın ifadəçisinə çevrilmiş müstəsna əhəmiyyətli ədəbi irsi qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil edir. İmadəddin Nəsimi yaradıcılığı daima yaşamalı və yaşadılmalıdır. https://youtu.be/twwcQ_8YqWM
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi