Əsrimizin dəhşətli bəlası

67 nömrəli tam orta məktəbdə "Narkomaniya insanın mənəviyyatını məhv edir" mövzusuna həsr olunmuş tədbir keçirilib. Tədbirdə "Kiçik Akademiya"-nın nümayəndələrinin səhnələşdirdikləri mövzuya uyğun səhnəcikdə laqeyid ailə, valideyn qayğısından məhrum olan məktəbli, onu narkotika alüdəçisinə çevirən pis niyyətli kənar şəxslər və məhv olmuş bir həyat nümayiş etdirilib. Həmçinin şagirdlərin ifasında şeir və rep səsləndirilib, mövzu ətrafında qonaqlarla birlikdə müzakirələr aparılıb. Daha sonra şagirdlər tərəfindən yazılmış inşalar və çəkilmiş rəsmlər təqdim olunub. Tədbirdə məktəbin direktoru İradə Bayramova, direktor müavinlərindən Ceyran Məmmədova və Məleykə Muradova, tibb bacısı Təranə Namazova və Sabunçu Rayon Polis İdarəsində "Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili" bölməsinin rəisi, polis mayoru Əli Babayev qonaq olublar. Sonda qonaqlar çıxış edərək narkotikin insanı “canlı ölü”yə çevirdiyini vurğulayıblar. Polis mayoru Əli Babayev qeyd edib ki, narkomaniyanın profilaktikası yeniyetmələr tərəfindən çox ciddi qəbul olunmalı və birmənalı olaraq onlarda narkotiklərdən uzaq durma mövqeyini formalaşdırmalıdır. Narkomaniyaya qarşı profilaktika sistematik olmalı və kütləvi xarakter daşımalıdır. Belə vacib bir mövzuya aid tədbirin təşkilinə görə məktəbin kimya müəllimi, "Kiçik Akademiya"-nın rəhbəri Günel Səttarovaya təşəkkür edirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi