HAQQIMIZDA

Üç əsrin şahidi-67 nömrəli tam orta məktəb birinci iki sinifli Sabunçu–Balaxanı Ramana qarışıq tipli məktəb olub.

XIX əsrin II yarısında müstəmləkə əsarəti altında olan Azərbaycanın iqtisadi, siyasi və mədəni həyatında mühüm dirçəliş baş verir. Xarici kapital axını ölkənin aparıcı sənaye sahələrindən biri olan neft sənayesinin inkişafına təkan verir. Neft sənayesi və digər sənaye sahələrini əhatə edən dirçəlişi maarif və təhsilin inkişafına da şərait yaradır. Bakı sənaye mərkəzi olmaqla bərabər, imperiyanın Cənubi Qafqazda başlıca mədəniyyət mərkəzinə çevrilir. Qabaqcıl Avropa ölkələrinin universitetlərində təhsil almış demokratik fikirli ziyalıların hakimiyyətin təhsil sahəsinə diqqət artırması yeni dünyəvi məktəblərin açılmasını tələb edirdi.

 Milli burjuaziyanın qabaqcıl nümayəndələrindən olan Hacı Zeybalabdin Tağıyev, Şəmsi Əsədullayev, Murtuza Muxtarovun təşəbbüsü və vəsaiti hesabına qabaqcıl Avropa ölkələrinin nümunəsində məktəblərin açılması üçün əməli işlər görür və müsəlman uşaqlarının da bu məktəbdə oxumasını təmin edirlər. Bakı neft maqnatlarının birgə təşkilatı hesab edilən Neft Sənayeçilərinin Qurultayı Bakı və ətraf kəndlərdə məktəblərin açılmasında fəal iştirak edirdi. Neft Sənayeçilərinin Qurultayının qərarı ilə belə məktəblərdən biri də, Balaxanı–Sabunçu-Ramana neft mədənlərində çalışan fəhlələrin uşaqları üçün yaradılan iki sinifli ilk məktəb oldu. Qurultayın qərarı ilə 1897-ci ildən bu məktəb Sabunçuda fəaliyyətə başladı.

Əsası 1897-ci ildən qoyulmuş məktəbimiz ilk dərs ilində 2 müəllim olmaqla 73 nəfər şagirdlə fəaliyyətə başlayıb. Bu siniflər qarışıq olmaqla burada çalışan qeyri-müsəlman fəhlələrin uşaqları üçün nəzərdə tutulub. Milli Dövlət Arxivində aparılan tədqiqatlara görə burada əsasən rus, erməni, yəhudi, tatar fəhlələrinin uşaqları oxuyurdu. Tarixi məlumatlara görə Xalq Maarifi Nazirliyinin 1915-ci il yanvarın 1-nə olan hesabatına görə, burada I siniflərdə 150 oğlan, 104 qız, II siniflərdə isə 75 oğlan, 80 qız təhsil alıb. Məktəbin bütün məsrəfləri Neft Sənayeçilərinin Qurultayının vəsaitləri hesabına ödənilib. 1920-ci ildən başlayaraq sovetləşmə dövründən həyata keçirilən mədəni quruculuq tədbirləri məktəbimizdən də yan keçməyib. Bu illərdə artıq məktəbdə azərbaycanlı uşaqlar da təhsil almağa başlamış, ikisinifli birinci məktəbli adı dəyişdirilmişdir. 30-cu illərin sonu 67 nömrəli məktəb natamam məktəb statusunu alıb. 1941-1945-ci il böyük vətən müharibəsi dövründə məktəb 2140 nömrəli təxliyə hospitalına çevrilmiş, yüzlərlə yaralı əsgərin yenidən sağlamlığına qovuşmasında yaxından iştirak edib. 1989-cu ilə qədər məktəbdə təhsil yalnız bir dildə-rus dilində aparılıb. Həmin ildən etibarən, rus bölməsi ilə yanaşı, Azərbaycan bölməsi də yaradılıb. 

90-cı illərdə təhsil sahəsində əldə edilmiş nailiyyətlər və şagird sayının artması ilə məktəb, orta məktəb statusu alaraq yeni əsrə qədəm qoyub və daha böyük nailiyyətlərə imza atıb. Əvvəllər kiçik bir tədris korpusundan ibarət olan məktəbdə aparılan tikinti işləri nəticəsində 1996-cı ildə 2-ci korpus, 2006-cı ildə 3-cü korpus inşa edilib. Lakin bütün bunlar məktəbdə şagird sıxlığını tam aradan qaldıra bilməmişdir. 3 əsrin şahidi olan məktəb 10 minlərlə gəncin yetişməsində böyük rol oynayıb. 1918-1926-cı illərdə təhsil almış, dövrün görkəmli ictimai-siyasi xadimi Nikolay Konstatinoviç Baybakov belələrindəndir. Dünya neft sənayesi tarixində dərin iz buraxmış, keçmiş SSR-nin müxtəlif yüksək vəzifələrində ləyaqətlə çalışmış, Azərbaycanın ümumilli lideri, ulu öndər Heydər Əliyevin yaxın dostu Nikolay Konstatinoviç Baybakovun xatirəsini əbədiləşdirmək məqsədi ilə 3 mart 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən sərəncam imzalanıb. Həmin sərəncama müvafiq olaraq Prezident İlham Əliyevin tapşırığı ilə 67 nömrəli tam orta məktəb üçün 4 məktəbli 800 şagirdlik yeni tədris korpusunun tikintisi qərara alınıb. 2016-2017-ci tədris ilindən etibarən yeni tədris korpusu kollektivin ixtiyarına verilib.2017-ci ildə məktəbimiz 120 illik yubileyini qeyd edib. 1897-ci ildə 2 müəllim, 2 sinifdən, 73 nəfər şagirddən ibarət olan bu məktəb, indi 160 müəllimin (148 daimi, 12 əvəzedici müəllim)  çalışdığı, 3240 şagirdin (I-XI siniflərdə 3016 nəfər, məktəbəqədər siniflərdə 224 nəfər) təhsil aldığı elm ocağı kimi təhsilimizə öz tövhəsini verməyə davam edir.

2022-ci ildə məktəbimiz 125 illik yubileyini qeyd edib. 1897-ci ildə 2 müəllim, 2 sinifdən, 73 nəfər şagirddən ibarət olan bu məktəb, indi 172 müəllimin (148 daimi, 12 əvəzedici müəllim)  çalışdığı, 3464 şagirdin (I-XI siniflərdə 3016 nəfər, məktəbəqədər siniflərdə 224 nəfər) təhsil aldığı elm ocağı kimi təhsilimizə öz tövhəsini verməyə davam edir.

http://https://youtu.be/1DBa9DG8vmU

https://youtu.be/XxT9Ei_Mm9s?si=GoydgzbwL7b-6qJe

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi