67 nömrəli tam orta məktəbin Şagird Özünüidarəetmə orqanının kurator müəllimi Məleykə Muradovanın təşkilatşılığı ilə iclas keçirildi

Bakı şəhəri Sabunçu rayonu 67 nömrəli tam orta məktəbin Şagird Özünüidarəetmə orqanının nazirləri və onlara təhkim olunmuş kurator müəllimlərin işinin səmərəliliyini artırmaq məqsədilə kurator müəllimlərin təşkilatçılığı ilə iclaslara start verildi. İlk iclas Şagird Özünüidarəetmə orqanının İnformasiya və Kommunikasiya Nazirinin kurator müəllimi Məleykə Muradovanın rəhbərliyi ilə nazir və müavinlərinin iştirakı ilə keçirildi. İclasda qarşıda duran məsələlər, görüləcək işlər müzakirə olundu, hesabatlar və təkliflər dinlənildi, Şagird Özünüidarəetmə orqanının İnformasiya və Kommunikasiya Nazirliyinin Nizamnaməsi iştirakçılara təqdim edildi. Sonda Məleykə Muradova İnformasiya və Kommunikasiya Naziri Şirinov Murada və müavinlərinə tapşırıqlarını verərək iclası yekunlaşdırdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi