Ümummilli liderin 96-cı ildönümünə həsr olunmuş müsabiqə

67 nömrəli tam orta məktəbdə "Kiçik Akademiya"nın üzvlərinin iştirakı ilə müsabiqə keçirildi. Ümummilli lider Heydər Əlirza oğlu Əliyevin 96-cı ildönümünə həsr olunmuş "Ən yaxşı təqdimat" müsabiqəsində şagirdlər öz təqdimatları ilə çıxış etdilər və münsiflər heyəti tərəfindən qiymətləndirildilər. Münsiflər heyətinin tərkibində məktəbin tərbiyə işləri üzrə direktor müavini Azad Kələşov, uşaq birliyi rəhbəri Nigar Mirzəcanova, psixoloq Lalə Tağıyeva, Azərbaycan dili müəllimi Tamilə Calalzadə, məktəbin VMA nümayəndəsi Pərvanə Əsədova iştirak edirdilər. "Ən yaxşı təqdimat" müsabiqəsinin qalibi toplanılan ballar əsasında müəyyənləşdirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi