"Kiçik Akademiya"nın üzvlərinin iştirakı ilə intellektual yarış keçirildi

  67 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Günel Ələkbərovanın və "Kiçik Akademiya"nın üzvlərinin birgə təşkilatçılığı ilə VIII siniflər arasında "Nə? Harada? Nə zaman?" intellektual yarışı keçirildi. Yarışda bütün suallar ingilis dilində tərtib olunmuşdu və cavablar yalnız ingilis dilində qəbul olunurdu. Yarışın münsiflər heyətinin tərkibində məktəbin direktoru İradə Bayramova, direktor müavinləri Ceyran Məmmədova, Gülnarə Bağırova və Məleykə Muradova, ingilis dili müəllimləri Zemfira Ələsgərova və Rəna Məmmədova iştirak edirdilər. Yarış üç mərhələdən ibarət oldu. Finalda VIII "a" sinfi I yer, VIII "ə" sinfi II yer, VIII "ç" sinfi III yer tutdu. Qaliblər diplom və hədiyyələrlə təltif olundular.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi