Əzim Əzimzadəyə həsr olunmuş dərs

Bu gün məktəbin 7B sinfində təsviri incəsənət dərsində Azərbaycan xalq rəssamı Əzim Əzimzadənin doğum günü ilə əlaqədar təqdimat keçirildi.
Bu təqdimatda Ə.Əzimzadənin həyat və yaradıcılığı ilə şagirdlər yaxından tanış oldular, o cümlədən rəssamın əsərləri də nümayiş etdirildi. Sonda şagirdlər öz albomlarında Ə.Əzimzadənin yaradıcılığına müraciət edərək çəkdikləri rəsmləri nümayiş etdirdilər.