Milli mətbəximiz milli dəyərimizdir

Azərbaycanın milli mətbəxi bərəkətli, dadlı və zəngin çeşidlərə malik olan qədim kulinariya irsimizdir. Tariximiz və mədəniyyətimizlə sıx bağlı olan milli yeməklər, min illər ərzində formalaşıb və inkişaf edərək bugünkü mükəmməl dadlara çevrilib. Azərbaycan mətbəxi sadəcə yemək deyil, mədəniyyətimizin bir hissəsidir. Hər yemək öz tarixini, ənənələrini və ailə bağlarını əks etdirir. Bu gün məktəbin texnologiya müəllimləri Soltanova Elnarə və İsmayılova Gülü 6c sinfində "Milli mətbəximiz milli dəyərimizdir" adlı təqdimat keçirdi. Şagirdlərə zəngin milli mətbəximiz haqqında geniş məlumat verildi.