Milli musiqimiz xalqımızın milli dəyəridir

Milli musiqimiz bizim milli dəyərimizdir. Milli dəyərlər hər bir xalqın milli-mənəvi irsini nəsildən-nəsilə ötürə biləcək əsas faktorlardan biridir. Azərbaycan xalqının musiqi irsi çox zəngindir və bütün dünyada şöhrət qazanmışdır. Şagirdləri milli-mənəvi dəyərlərə hörmət və məhəbbət ruhunda tərbiyə etmək ən vacib məsələlərdəndir. Bu gün 5a sinfində musiqi müəllimi Günel Heydərovanın rəhbərliyi ilə “Milli musiqimiz xalqımızın milli dəyəridir” mövzusunda təqdimat keçirildi. Təqdimatda müxtəlif musiqi alətlərində şagirdlərin hazırladıqları ifalar dinlənildi. Azərbaycan xalq çalğı alətləri haqqında ayrı-ayrı və geniş məlumat verildi. Eyni zamanda, Azərbaycan xalq rəqsləri şagirdlər tərəfindən ifa olundu, milli geyimlər nümayiş etdirildi.