"Keçmişdən gələcəyə-аilə dəyərləri"

Azərbaycan xalqının tarixdən gələn milli-mənəvi dəyərləri var. "Keçmişdən gələcəyə-ailə dəyərləri" onların içərisində ən vacibidir. Nənə və nəvə arasındakı münasibət ailə bağlarının ən dəyərli hissələrindən biridir. Nənələr nəvələrinə sevgi, qayğı və həyat təcrübəsi ötürürlər. Bu münasibət həm emosional, həm də mədəni baxımdan böyük əhəmiyyət daşıyır. Nənələr ,babalar nəvələrinə ənənələri, dəyərləri və həyat hikmətlərini öyrədirlər. Onlar təhlükəsiz dəstək və şərtsiz sevgi mənbəyi olurlar. Əslində bu münasibətlər qarşılıqlı öyrənmə prosesidir. Böyüklər də yeri gəldikcə yeni texnologiyaların, dünyanın dəyişən aspektləri haqqında nəvələrdən məlumat alırlar. Özləri isə nənə və babaların həyat təcrübəsindən, keçmişin dəyərlərindən ailə tarixindən faydalanırlar. Bu gün 6a sinfinin şagirdləri bir neçə şagirdin nənələri və anaları ilə bu mövzuda canlı olaraq maarifləndilər.