HAQQIMIZDA

           Əsası 1930-cu ildə qoyulmuş şəhid Tahir Həsənov adına 57 N-li tam orta məktəbin məqsədi milli ruhda nümunəvi tərbiyə və təhsil sisteminin inkişafına xidmət etməkdir. Təhsil ocağının foyesində Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin təhsilə göstərdikləri qayğısını əks etdirən fotostend və məktəbin adını daşıdığı şəhidin büstü qoyulub. Öz uğurlarını getdikcə artırmağa çalışan məktəbimizdə məzunlarımız yüksək nəticə göstərərək müxtəlif nüfuzlu ali məktəblərə qəbul olunublar. Ölkədə insan kapitalının inkişaf etdirilməsi ilə bağlı dövlərimizin həyata keçirdiyi konseptual ideyalar məktəbin timsalında da öz uğurlu bəhrəsini verməkdədir. Məktəbin şagirdləri arasında müxtəlif bilik və idman olimpiadalarının, həmçinin yarışların qalibləri daimi diqqət və qayğı ilə əhatə olunublar. Məktəbimizdə təlim-tərbiyə işi ilə yanaşı tarixi günlər, bayramlar qeyd olunur, fənn gecələri keçirilir, şagirdlərə vətənpərvərlik hissi aşılanır. 2010-cu ildə məktəb ilk dəfə olaraq əsaslı təmir edilib. Məktəb 1 korpusdan ibarətdir və 1 növbəlidir. Hazırda məktəbdə 74 müəllim fəaliyyət göstərir, 878 şagird (məktəbəhazırlıq qrupunda 72 şagird) təhsil alır. Məktəbdə müasir tələblərə uyğun olan sinif otaqları, kitabxana, fənn kabinetləri, idman zalı, tibb məntəqəsi və bufet şagirdlərin istifadəsindədir. Kompüter avadanlıqları ilə təchiz olunmuş siniflər, müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan akt zalı hazır vəziyyətdədir. Şagirdlərimizin təlim-tərbiyəsi ilə məşğul olan fənn müəllimlərindən riyaziyyat müəllimi İlhamiyyə Cəfərova “Əməkdar müəllim” adına layiq görülüb. Digər bir müəllimimiz Vəlizadə Söylü “Qabaqcıl təhsil işçisi” nişanı ilə təltif olunub. Məktəbimizdə təlim-tərbiyə işinin keyfiyyətinin yüksəldilməsini təmin etmək üçün kurikulumun tətbiqinə səyimiz artır. Dövlət başçısının məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı müəyyənləşdirdiyi strategiya nəticəsində ölkəmizdə güclü təhsil infrastrukturu formalaşıb. Bütün bunların nəticəsi olaraq kollektivimiz milli və bəşəri dəyərlər üzərində qurulan təhsil modelinin reallaşdırılmasınının və gənc nəslin nümunəvi vətəndaş kimi formalaşdırılmasının təmin olunmasını qarşısına məqsəd qoyub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi