FƏXRİMİZ

        Tahir İbrahimxəlil oğlu Həsənov 1960-cı il yanvarın 6-da Qazax rayonunun Kəmərli kəndində anadan olub. Orta təhsilini Bakının Nərimanov rayonundakı 57 nömrəli orta məktəbdə alıb. 1978-ci ilin yanvarında hərbi xidmətə çağırılıb. Əfqanıstanın Kanbahar vilayətində hərbi xidmət keçən T.Həsənov 1983-cü ildə göndərişlə SSRİ-nin Qorkiy şəhərindəki Ali Milis Akademiyasında “İqtisadi cinayətkarlıqla mübarizə” bölməsində təhsil alıb. Təhsilini başa vurduqdan sonra təyinatı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə verilib. Təəssüf ki, qısa zaman ərzində bütün Azərbaycan milisi kimi Tahirin də rahatlığı pozuldu. Məlum 90-cı il hadisələri... Fövqəladə vəziyyətlər... Tahir dəfələrlə cəbhə bölgəsinə ezam olundu. Təcrübəli döyüşçü kimi ən qaynar nöqtələrdə vuruşdu.1992-ci il iyulun 28-də belə əməliyyatlardan birində silahlı bandanı zərərsizləşdirərkən düşmən gülləsinə tuş gəldi. DİN-in baş əməliyyat müvəkkili, polis baş leytenantı T.Həsənov vəzifə borcunu yerinə yetirərkən qəhrəmanlıqla həlak oldu.

         Azərbaycan Respublikasının Nazirlər kabinetinin “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi” qaydalarına müvafiq olaraq Tahir İbrahimxəlil oğlu Həsənovun adı əbədiləşdirilərək təhsil aldığı məktəbə verilmişdir. Bu dövlətimiz tərəfindən ona verilən ən böyük mükafatlardan biridir.Məktəbin foyesində şəhidin büstü və onun şərəfli ömür yolunu əks etdirən fotostend asılmışdır.

          Məktəbimizin müəllim və şagird kollektivi bütün şəhidlərin timsalında Tahir Həsənovun adını qürurla daşıyır və onu daim uca tutur.

 

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi