Kiçik Akademiya

SeminarMövzu: İ.Nəsiminin yaradıcılığında hürufilik ideyasının təbliği Hazırladı: 7a sinif şagirdi Məmmədova Nəzrin M.Nəzrin öz kiçik elmi işində qeyd etdi ki, Azərbaycan xalqının coxəsirlik ənənələrinə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmaməddin Nəsiminin zəngin irsinin bu gün də insanların kamilləşməsində mühüm əhəmiyyətə malik olduğunu vurğuladı . İ.Nəsimi ilə bağlı araşdırmalar aparaldığını bildirdi. Bu araşdırmada İ.Nəsiminin hürufilik idealarini yaymaqla insanları kamilləşməyə səsləmişdir. Elmi rəhbər : Reyhan İsmayılova 8b sinif şagirdi Qarayeva Ceyran elmi iş”H.Cavidin dramlarında lirik ünsürlər” (elmi rəhbər – Səfərova Leyla) mövzusunu təqdim etdi. Aparılan araşdırmalarda əsasən Cavidin dram əsərlərinə daxil olan bayatıların, qəzəllərin, aşıq şeirlərinin istifadə olunmasından danışıldı. Elxan Elatlı “Pəncərədə görünən kölgə” adlı elmi iş 10b sinif şagirdi Ağalarzadə Aydan (elmi rəhbər-Tomtuyeva Rəhilə) tərəfindən təqdim olundu. Elmi işdə dedektiv roman, janrından dedektiv ədəbiyyatın aktuallığının artırılmasına təsiri araşdırılmışdır. Elmi işlər maraqla dinlənildi və “Kiçik Akademiya” heyəti tərəfindən müzakirə olundu.

Ətraflı

Növbəti seminar keçirildi   Məktəbimizdə "Şəms" adı altında fəaliyyət göstərən qrupun üzvlərinin növbəti seminarı keçirildi.  Bu günki seminarda "Kiçik Akademiya"-nın üzvlərindən Zeynalova Manisə, Şıxıyeva Nuray, 9c sinif şagirdi Həsənzadə Ləman, elmi rəhbər Əşrəfova Ülviyyə "Azərbaycan tarixində iz qoymuş qadınlar" adlı elmi işi təqdim etdilər. 8a sinif şagirdi Məlikova Aytən elmi rəhbər Tanırverdiyeva Aybəniz "Azərbaycanın memarlıq inciləri" adlı elmi işi seminarda iştirak edən müəllimlər tərəfindən diqqətlə izlənildi, müzakirə edildi və tövsiyələr verildi

Ətraflı

"Kiçik Akademiya"nın növbəti seminarı keçirildiElmlə-təhsilin inteqrasiyası istiqamətində həyata keçirilən uğurlu lahiyələrdən bir "Kiçik Akademiya"dır. Orta məktəblərdə təhsil şagirdlərdə təkcə bilik verilməsi deyil, onlarda müəyyən bacarıq və vərdişlərin inkişaf etdirilməsini tələb edir. Bu fəaliyyət zamanı şagirdlər müəyyən dəyərlər qazanır. Bu günkü seminarda "Azotun təbiətdə rolu" adlı elmi iş təqdim olundu. 8A sinif şagirdi Cəbiyeva Əfsanə-elmi rəhbər kimya müəllimi Tamella Süleymanova, 8A sinif şagirdi Zeynəb Həsənova-elmi rəhbər Fərqanə Nəbiyeva öz elmi işlərini müəllimlər tərəfindən təqdim etdilər. Şagirdlərin təqdimatı dinlənildi.Növbəti seminarın keçirilməsi məqsədilə bir sıra tövsiyyələr verildi.

Ətraflı

"Kiçik Akademiya" haqqındaMəktəbdə "Kiçik Akademiya" 2017-ci il tarixində fəaliyyətə başlayıb. 21 dekabr 2017-ci il tarixində məktəbimizdə yeni yaradılan "Kiçik Akademiya"nın təqdimat mərasimi keçirildi.  Təqdimatda "Kiçik Akademiya"nın prezidenti Akademiyanın məqsəd və vəzifələri, struktur və fəaliyyət istiqamətlərini "Kiçik Akademiya" üzvlərinə və tədbirdə iştirak edən qonaqlara təqdim etdi. Məktəbimizdə yaradılan "Kiçik Akademiya" "Bir işıq da sən yandır" devizi ilə yola çıxaraq qarşısına aşağıdakı məqsədi qoymuşdur: Təlim prosesində şagirdin təfəkkürünün inkişafı üçün ona yalnız bilik ötürmək deyil, bilik qazanmaq üçün şərait yaratmaqdır. Məqsədə çatmaq üçün "Kiçik Akademiya"nın fəaliyyət olanı hazırlanıb, təsdiq edilib.Necə oxumasından asılı olmayaraq, bütün 7,8,9,10-cu sinif şagirdləri "Kiçik Akademiya"nın üzvlüyünə qeyd edilib. Fəaliyyət planına əsasən fənlər üzrə aylar seçilib. Hər ayın sonuncu 5-ci günü "Kiçik Akademiya" üzvü olan müəllim və şagirdlərin konkret elmi araşdırmaları, tanış əlamətdar günlər və yubileylərlə bağlı seminar və təqdimatları dinlənilib, dəyirmi masaları və göstərişlər təqdim olunur. Biz əminik ki, "Kiçik Akademiya"da iştirak edən hər bir fəal şagird gələcəkdə vətənini və millətini layiqli təmsil edəcək bir insan kapitaldır. Şagirdlərin "Kiçik Akademiya" da böyük həvəslə iştirakı kollektiv olaraq düzgün istiqamət götürdüyümüzə əminlik yaradır.

Ətraflı
HAQQIMIZDA

           Əsası 1930-cu ildə qoyulmuş şəhid Tahir Həsənov adına 57 N-li tam orta məktəbin məqsədi milli ruhda nümunəvi tərbiyə və təhsil sisteminin inkişafına xidmət etməkdir. Təhsil ocağının foyesində Ulu Ön...

BİZİM FƏXRLƏRİMİZ

Nigar Mikayılova Elmar

Kamran Kələntərli Arif

HAQQIMIZDA

           Əsası 1930-cu ildə qoyulmuş şəhid Tahir Həsənov adına 57 N-li tam orta məktəbin məqsədi milli ruhda nümunəvi tərbiyə və təhsil sisteminin inkişafına xidmət etməkdir. Təhsil ocağının foyesində Ulu Ön...

BİZİM FƏXRLƏRİMİZ

Nigar Mikayılova Elmar

Kamran Kələntərli Arif

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi