Reproduktiv sağlamlıq

Reproduktiv sağlamlıq insanın fiziki, psixoloji və sosial rifahının reproduktiv funksiyalarla əlaqəli olan aspektlərini əhatə edir. Bu, yalnız xəstəliklərin qarşısının alınması deyil, həm də sağlam və təhlükəsiz həyatın təmin edilməsi, ailə planlaşdırılması və reproduktiv hüquqların qorunması deməkdir. Reproduktiv sağlamlığın əsas prinsiplərinə sağlamlıq, ailə planlaşdırılması, xəstəliklərin qarşısının alınması, psixoloji rifah aiddir. Bu gün məktəbin həkimi Səltənət Xəlilova 9-cu sinif şagirdləri ilə "Reproduktiv sağlamlıq" mövzusunda maarifləndirici söhbət apardı.