"Ulu Öndər Heydər Əliyevin 102 illiyi tarixin şanlı səhifəsidir"

Bu gün biz Azərbaycanın müasir inkişafında misilsiz rol oynayan Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyini qeyd edirik. Heydər Əliyev xalqımızın tarixində elə bir irs yaratmışdır ki, bu irs yalnız Azərbaycanın deyil, bütövlükdə regionun gələcəyinə təsir edən bir təmələ çevrilmişdir. Azərbaycan xalqının ruhunu, birliyini və gələcəyini formalaşdıran böyük bir şəxsiyyət idi. Bizim borcumuz onun qoyduğu bu irsi qorumaq, daha da inkişaf etdirmək və gələcək nəsillərə çatdırmaqdır. Çünki Heydər Əliyevin qurduğu bu müstəqil, güclü və qalib Azərbaycan hər birimizin qürur mənbəyidir!