Şagirdlərə sağlam ailə dəyərlərinin öyrədilməsi

Şagirdlərə sağlam ailə dəyərlərinin öyrədilməsi onların sosial və emosional inkişafı üçün çox vacibdir. Ailə dəyərləri uşaqlara hörmət, sevgi, əməkdaşlıq və məsuliyyət kimi əsas prinsipləri öyrədir. Bu mövzuda məktəblərdə müxtəlif maarifləndirici tədbirlər keçirilir. Bu tədbirlərdə ailə institutunun qorunması, uşaqların düzgün tərbiyəsi və milli-mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsi müzakirə olunur. Sağlam ailə dəyərlərinin öyrədilməsi şagirdlərin gələcəkdə güclü və məsuliyyətli fərdlər kimi formalaşmasına kömək edir. Mövzu ilə bağlı məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Quliyeva Leyla 10a sinfində təqdimat keçirdi.