Heydər Əliyev və milli mənəvi dəyərlərimiz

BŞTİ-nin № 3-29-59/3-2-123 F/2023 nömrəli əmrinə əsasən “Dəyərlərimizi qoruyaq” layihəsi çərçivəsində tədbirlər davam edir. Bu gün də məktəbimizin 6b sinfində tarix müəlliməsi Tanırverdiyeva Aybəniz “Heydər Əliyev və milli mənəvi dəyərlərimiz” adlı dəyirmi masa keçirdi. Müasir Azərbaycan tarixinə nəzər saldıqda milli-mənəvi dəyərlərimizin qorunması və nümayişi prinsiplərinin banisi kimi ulu öndər Heydər Əliyevi görürük. Milli-mənəvi dəyərlərimizə qayıdışın və milli oyanışın xalqımız üçün gərəkliyini nəzərə alan, hər zaman bu məsələni diqqət mərkəzində saxlayan ümummilli lider Heydər Əliyev bu sahədə inqilabi addımların atılmasına zəmin yaratmışdır.