Əzim Əzimzadəyə həsr olunmuş dərs keçirildi

Bu gün azərbaycanlı rəssam-qrafik, Azərbaycan karikatura sənətinin banisi, böyük sənətkar Əzim Əzimzadənin doğum günüdür. Çox maraqlıdır ki, bu böyük sənətkarın heç rəssamlıq təhsili olmayıb. O, bu sənəti özü öyrənib. Əzim Əzimzadənin yaradıcılıq irsi-dəzgah vərəqləri, kitab illustrasiyaları, satirik jurnal və qəzet rəsmləri, geyim və dekorasiya eskizləri, o cümlədən siyasi karikaturalardan ibarətdir. Rəssamın yaradıcılığının əsas hissəsini plakatlar təşkil edir. Onun plakatlarının həyatdan götürülən canlı və konkret obraz təsvir olunur. Bu günlə bağlı olaraq texnologiya müəllimi Ağazadə Gülü 6c sinfini Əzim Əzimzadənin həyat və yaradıclığı ilə tanış etdi. Şagirdlər maraqla sənətkarın “Yoxsulların toyu” ,”Varlı evində Ramazan bayramı”, ”Kos-Kosa”, ”Kasıb evində toy” və.s əsərləri ilə tanış oldular.