IX sinif şagirdlərinə attestatlar təqdim olundu

Azərbaycan Respublikası Nazirlər kabinetinin 2016-ci il 24 noyabr tarixli 479 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi qaydası"nın 2.1-ci bəndinə əsasən ümumi təhsil pilləsinin ümumi orta təhsil səviyyəsini bitirən şəxslərə verilən ümumi təhsil haqqında sənədi təqdim olundu.
IXa sinif şagirdləri Ayla Abdayeva,Səma İmanlı,IXb sinif şagirdləri Sapkal Anita,Əliyeva Fatimə,IXc sinif şagirdi Muşkurov Tamerlan və Yusifli Günay fərqlənmə attestatına layiq görüldülər.
IX sinifdə təhsil alan şagirdlərin valideynləri ilə də maarifləndirici görüş keçirildi, övladlarının təhsilini X sinifdə , yaxud orta-ixtisas,peşə təhsili müəssisəsində və s .davam etdirməsi barədə söhbətlər aparılaraq valideynlərə övladlarının X sinifdə təhsil alması üçün atılacaq addımlar izah edildi.
Hər bir şagirdimizi təbrik edir,gələcək təhsil həyatlarında uğurlar diləyirik.