Kiçik Akademiya

Kiçik Akademiyanın üzvlərinin araşdırmasıElşad Yəhyayev adına 56 nömrəli tam orta məktəbdə Ulu öndərimiz Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Uğura gedən yol “ adlı araşdırma aparılmışdı. “Kiçik Akademiya” nın üzvləri araşdırma apararkən Ümummilli liderimizin 1984-ci ildə 56 nömrəli məktəbə gəlib , müəllimlər və şagirdlərlə görüşüb onlara öz tövsiyyələrini vermişdir. Kiçik Akademiyanın üzvləri təqdimat və Umummilli lider H.Əliyevə həsr olunmuş inşa müsabiqəsində iştirak etmişdir.

Ətraflı

Kiçik Akademiyanın üzvlərinin araşdırmasıHeydər Əliyev ili" çərçivəsində 27 nömrəli orta məktəbdə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Kiçik Akademiya"nın iclası keçirildi. İclasda Xətai rayon məktəbliləri iştirak etdilər.Məktəbimizin 7c sinif şagirdi Mahmudov Davud "Mayelərdə elektrik cərəyanı "mövzusunda hazırladığı işi ilə iştirak etdi. Şagirdimizin hazırladığı işi münsiflər heyətinin üzvləri bəyəndilər.

Ətraflı

Kiçik akademiyanın tədris ilinin yekunu"Heydər Əliyev ili" çərçivəsində Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş məktəbimizin "Kiçik Akademiya"-nın tədris ilinin yekunu ilə bağlı iclas keçirilmişdir. İclasda akademiyanın rəhbəri Könül Qəfərova və məktəb rəhbərliyi iştirak etdi.Qrup üzvlərilə il boyu aparılan işlər barədə qısa məlumat verildi, aktiv üzvlərin fəaliyyəti qiymetləndirildi. İclasda qərara alındı ki, 23.05.2023 tarixində baş tutacaq Xətai rayon məktəbləri "Kiçik akademiya"təqdimatları konfransında akademiya üzvü Mahmudov Davud 7c sinif şagirdi. "Mayelərdə elektrik cərəyanı "mövzusunda işi ilə iştirak edecek. Elmi rəhbər Xəlilova Zəminə(fizika müəllimi)Davuda işin hazırlanmasında yaxindan köməklik etmişdir.

Ətraflı

Su həyatdır” mövzusunda tədbir14 mart 2023-cü il tarixində məktəbin Biologiya müəllimi Sənubər Süleymanova və Coğrafiya müəllimi Aynur Mirzənmədovanın “Su həyatdır” mövzusunda tədbiri keçirilmişdir. Məktəbin 7A sinif şagirdi Tarverdili Zəhra “Zəmzəm suyunun sirri və möcüzəvi xüsusiyyətləri”, Abbaslı Əli “Tarixdə su ilə əlaqədar faktlar”, 9B sinif şagirdləri Bəşirzadə Dəniz, Bəşirzadə Səma “Azərbaycanın mineral suları və onların təbiətdə əhəmiyyəti”, Musayeva Əsmər “Dünyada su qıtlığı” mövzularında araşdırma aparmışlar. Həmçinin məktəbin digər şagirdləri də tədbirdə fəal iştirak etmiş, öz araşdırma və nəticələrini bölüşmüşlər

Ətraflı

“Kiçik Akademiya” üzvləri Bilogiya və Coğrafiya fənnindən “Su həyatdır” mövzusunda çox maraqlı araşdırmalar apardılarMəktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya” üzvləri Bilogiya və Coğrafiya fənnindən “Su həyatdır” mövzusunda çox maraqlı araşdırmalar apardılar. Daha sonra onlar “Zəmzəm suyunun sirri və möcüzəvi xüsusiyyətləri”, “Tarixdə su ilə əlaqədar faktlar”, “Azərbaycanın mineral suları və onların təbiətdə əhəmiyyəti” və “Dünyada su qıtlığı” mövzusunda öyrəndikləri yeni bilikləri paylaşdılar.

Ətraflı

“Kiçik Akademiya” üzvləri Bilogiya fənnindən çox maraqlı araşdırmalar apardılarMəktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya” üzvləri Bilogiya fənnindən “Heyvan hüceyrəsinin ümumi quruluşu” mövzusunda çox maraqlı araşdırmalar apardılar. Daha sonra onlar öyrəndikləri yeni bilikləri plastilindən istifadə edərək hüceyrənin quruluşunu düzəltdilər.

Ətraflı

“Kiçik Akademiya” üzvləri Riyaziyyat fənnindən “Riyaziyyat bütün elmlərin şahıdır” adlı gecə keçirtdilərMəktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya” üzvləri Riyaziyyat aylığının yekunu olaraq “Riyaziyyat bütün elmlərin şahıdır” adlı riyaziyyat gecəsi keçirtdi. Akademiya üzvlərinin əsas məqsədi riyaziyyatın inkişaf tarixinin yaranmasında Azərbaycan alimlərinin rolunu göstərmək, riyaziyyatın bütün sahələrdə özünü göstərməsi, riyaziyyatın təkcə elm sahəsində yox, məntiq və maraqlı tapmacalarda da özünü göstərməsini tədbir iştirakçılarına çatdırmaq idi.

Ətraflı

“Kiçik Akademiya” üzvləri Texnologiya fənnindən yaradıcılıq qabiliyyətini nümayiş etdirdiMəktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya” üzvləri əməyə marağın yaranması, bilik və bacarıqların daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi məqsədilə Texnologiya dərslərində hər bir akademiya üzvü öz yaradıcılıq qabiliyyətini nümayiş etdirdi .

Ətraflı

“Kiçik Akademiya” üzvləri Biologiya fənnindən araşdırmalar aparıblarMəktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya” üzvləri Bilogiya fənnindən “Qan qrupları və Donorluq həyat qurtarır” mövzusunda çox maraqlı araşdırmalar apardılar və qan qruplarının təyin edilməsinin olduqca vacibliyini və həyati əhəmiyyətə malik olduğunu müəyən etdilər. Qan qrupları ömür boyu dəyişməz olaraq qalır və valideyndən yeni nəslə irsən verilir. Şagirdlər reagentlər, qan və Rh qrupunun təyin edilməsini əyani olaraq təcrübədən keçirtdilər.

Ətraflı

“Kiçik Akademiya” üzvləri Ədəbiyyat fənni üzrə təqdimat keçirtdilərMəktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya” üzvləri Ədəbiyyat fənnindən "Əhməd Cavadın həyat yolu" mövzusunda təqdimat keçirtdilər və araşdırmalar apardılar. Akademiya üzvləri Əhməd Cavad və onun keçdiyi həyat yolu haqqında tədbir iştirakçılarına bir- birindən maraqlı çıxışlar etdilər.Təqdimat Əhməd Cavadın sözlərinə bəstələnmiş Himn ilə başlayıb "Çırpınırdı Qara dəniz" şeiri ilə tamamlandı.

Ətraflı

“Kiçik Akademiya” üzvləri Coğrafiya fənnindən araşdırmalar aparıblarMəktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya” üzvləri Coğrafiya fənindən “Coğrafi biliklərin inkişafı” mövzusunda araşdırmalar apararaq Yer kürəsi ilə bağlı topladıqları məlumaları paylaşdılar və Yerin müxtəlif maketlərini hazırladılar.

Ətraflı

“Kiçik Akademiya” üzvləri Neft-Kimya Prosesləri İnstitutunda yenidən qonaq oldularMəktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya” üzvləri Neft-Kimya Prosesləri İnstitutunda laboratoriyada bir neçə təcrübə keçirmişdilər və İstitutun muzeyi ilə yaxından tanış olmuşdular.

Ətraflı

“Kiçik Akademiya” üzvlərinin növbəti iclasıMəktəbdə fəaliyyət göstərən "Kiçik akademiya" üzvlərinin növbəti iclası keçirilib. Məktəbin direktoru K.Q.Hüseynova akademiya daxilində bölmələrin humanitar, təbiət, fizika-riyaziyyat olaraq fəaliyyət göstərəcəyini bildirib. Bu bölmələrə daxil olan şagirdlərin fənn müəllimləri tərəfindən müəyyən olunmuş mövzu üzrə araşdırma aparıb təqdimat edəcəklərini üzvlərin diqqətinə çatdırıb. İclasda "Kiçik akademiya" üzvləri tərəfindən hər bölmənin illik vaxt bölgüsü müəyyən edilib.

Ətraflı

“Kiçik Akademiya” üzvlərinin Neft-Kimya Prosesləri İnstitutuna akademik Vaqif Abbasovla növbəti görüşüMəktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya” üzvləri Neft-Kimya Prosesləri İnstitutunda Kimya üzrə elmlər doktoru, akademik, İnstitutun baş direktoru Vaqif Abbasovla növbəti görüş keçirmişlər. Görüşdə İnstitutun baş direktoru Vaqif Abbasov gənc kimyaçılarımıza maraqlı təcrübələrdən danışdı.

Ətraflı

“Kiçik Akademiya” üzvləri Riyaziyyat fənnindən “Pifaqor teoremi və onun tətbiqi” mövzusunda araşdırmalar aparıblarMəktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya” üzvləri Riyaziyyat fənnindən “Pifaqor teoremi və onun tətbiqi” mövzusunda geniş məlumat toplayaraq müəllim və şagirdlərlə paylaşdılar. Akademiya üzvləri teorem və isbatlara aid müxtəlif çalışmalar həll etdilər.

Ətraflı

“Kiçik Akademiya”nın kiçik tədqiqatçıları Biologiya fənnindən təcrübə aparıblarMəktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya”nın kiçik tədqiqatçıları “Prokoriot canlılar. Bakteriya hüceyrələrinin quruluşu” mövzusunda araşdırmalar aparıblar. Akademiya üzvləri bakteriya hüceyrələrini digər hüceyrələrdən necə fərqləndirməyi və hüceyrələrin quruluşunu araşdıraraq plastilindən bakteriyalar düzəltdilər, mikroskopla gözlə görünməyən kiçik canlılara baxdılar.

Ətraflı

“Kiçik Akademiya” üzvləri Tarix fənnindən İrəvan Müəllimlər Seminariyasının 140 illiyinə həsr olunmuş dəyirmi masa keçirtdilərMəktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya” üzvləri İrəvan Müəllimlər Seminariyasının 140 illiyinə həsr olunmuş dəyirmi masa keçirtdi. Dəyirmi masada akademiya üzvləri topladıqları məlumatları müəllim və digər şagirdlərlə paylaşdılar.

Ətraflı

“Kiçik Akademiya”nın kiçik tədqiqatçıları Biologiya fənnindən təcrübə aparıblarMəktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya”nın kiçik tədqiqatçıları Biologiya fənnindən "Hava bizə nə üçün lazımdır?" mövzusunda maraqlı araşdırmalar aparıblar. Şagirdlər tənəffüs sistemi və tənəffüs hərəkətləri haqqında tpladıqları məlumatlar paylaşdılar və şar və plastik çöplərdən ağ ciyərlərin maketini hazırladılar. Şagirdlər bu maketlərin köməyi ilə tənəffüs zamanı ağ ciyərlərin necə işlədiyinin nümaiş etdirdilər.

Ətraflı

“Kiçik Akademiya” üzvləri Kimya fənnindən təcrübə aparıblarMəktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya” üzvləri kimya fənindən təcrübə aparıblar. Şagirdlər “Heterogen qarışıqların ayrılma üsulu” mövzusunda kimya fənninə aid cihazlardan istifadə etdərək qarışıqlardan maddələrin ayrılmasını müxtəlif üsullarla apardılar.

Ətraflı

Məktəbin "Kiçik Akadimiya”sının üzvləri öz axtarışlarına və təcrübələrinə davam etdirirlər"Yay məktəbi" çərçivəsində məktəbdə fəaliyyət göstərən "Kiçik Akadimiya”sının üzvləri öz axtarışlarına və təcrübələrinə davam etdirirlər. Məktəbin 6 Ç sinif şagirdi Mahmufov Davud fizika dərsində müxtəlif əşyalar düzəldərək "Kiçik Akademiya"ya təqdim etmişdir. David düzəltdiyi sərinkeş və yükləyici haqqında şagirdlərə yeni fəaliyyət mexanizmlərindən və tətqiqatçılıq qabiliyyətindən danışmışdır.

Ətraflı

Məktəbimizin “Kiçik Akademiya”sının üzvləri coğrafi biliklərinin artırırŞagirdlərin coğrafi biliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılması, istedadlı və yaradıcı uşaqların aşkara çıxarılması üçün ümumiləşdirici dərs keçirildi. Məktəbimizin “Kiçik Akademiya”sının üzvləri “Yer planeti, onun kosmik adresi, Günəş sisteminin planetləri, materiklər, onların flora-faunası və iqlimləri” mövzusunda il ərzində öyrəndikləri bilikləri paylaşdılar.

Ətraflı

“Kiçik Akademiya” üzvlərinin görkəmli oftalmoloq Zərifə xanım Əliyeva haqqında araşdırmalarıMəktəbin kitabxanasında görkəmli oftalmoloq, Azərbaycanın əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın anadan olmasının 99 illiyi münasibətilə dəyirmi masa keçirilib. Tədbirdə 5-9 sinif şagirdləri iştirak etdilər, şagirdlər görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər haqqında təqdimat təqdim etdilər, şeirlər söylədilər, mahnı oxudular və “Göz həkimi” tamaşasından fraqment hazırladılar. Şagirdlər çıxış edərək bildirdilər ki, Zərifə xanım Əliyeva müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin, ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu etibarlı silahdaşı olub. Vaxtilə ictimai və dövlət xadimi Əziz Əliyevin ailəsində görüb-götürdükləri ölkənin birinci şəxsinin xanımı olduğu zamanlarda köməyinə çatıb. Zərifə xanım Əliyeva Azərbaycan xalqına 44 günlük Vətən müharibəsinin şəriksiz müəllifi, Qarabağın xilaskarı, ata vəsiyyətini yerinə yetirən Prezident İlham Əliyevi bəxş edib.

Ətraflı

Məktəbin "Kiçik Akademiya"sının üzvləri “Mənim gündəliyim” adlı oxu və yaradıcılıq müsabiqəsinə start verdilərBakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Mənim gündəliyim” adlı oxu və yaradıcılıq müsabiqəsinə start verilir. Müsabiqənin keçirilməsinin əsas məqsədi təhsilalanların mütaliə vərdişlərinin təkmilləşdirilməsi, oxu və yazı bacarıqlarının inkişaf etdirilməsi, Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığı barədə məktəblilərin məlumatlılıq səviyyəsinin artırılması, istedadlı və mütaliəyə marağı olan şagirdlərin vaxtında üzə çıxarılması və onlara dəstək göstərilməsindən ibarətdir. İki mərhələdən (məktəb və şəhər) ibarət müsabiqədə Bakı şəhəri ümumi təhsil müəssisələrinin aşağı yaş qrupları (I-VII siniflər) və yuxarı yaş qrupları (VIII –XI siniflər) üzrə şagirdləri iştirak edəcəklər. Müsabiqənin ilk mərhələsində şagirdlər məktəb kitabxanalarından istifadə etməklə Azərbaycan və dünya ədəbiyyatından əsərləri oxuyaraq gündəlik hazırlayacaqlar. Bu müsabiqə haqqında məktəbin kitabxanasında şagirdlərlə müzakirə aparıldı. Məktəbin ditektoru Hüseynova Könül, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Əhmədova Xatirə, Azəbaycan dili və ədəbiyyat fənni üzrə metodbirləşmə sədri Nəcəfova Gülnarə və müəllimlər Əlixanova Rübabə, Muradova Rita müsabiqənin şərtləri haqqında şagirdlərə geniş məlumat verdilər. Şagirdlər oxuduqları əsərlər haqqında apardıqları öz qeydlərini müəllimlərlə paylaşdılar.

Ətraflı

Məktəbin "Kiçik Akademiya"sının üzvləri “Su ehtiyatlarından səmərəli istifadə və tullantılardan mühafizəsi” mövzusunda tədqiqatlat aparırlar“Su ehtiyatlarından səmərəli istifadə və tullantılardan mühafizəsi” mövzusunda məktəbimizin biologiya müəllimi Sənubər Süleymanova 8B sinif şagirdlərinə geniş məlumat verdi. Həmçinin Sənubər müəllimə bildirdi ki, su orqanizmin həyat fəaliyyəti ilə əlaqədar olan bütün kimyəvi dəyişikliklərin baş verməsi üçün mühit yaradan amildir. Bütün qida maddələri yalnız suda həll olmuş halda bağırsaqlardan qana və oradan da toxumalara keçir. Mübadilə nəticəsində əmələ gələn son məhsullar, həmçinin, su vasitəsilə yuyulub orqanizmdən xaric olur. Su, həmçinin, orqanizmdə gedən bir sıra mübadilə reaksiyalarında bilavasitə iştirak edir. Şagirdlər də su ehtiyatlarının çirklənməsinin qarşısının alınması, sudan rasional istifada haqqında danışdılar.

Ətraflı

Məktəbin "Kiçik Akademiya"sının üzvləri "Təbiəti qoruyanlar" adı altında “Yaşıl” layihə keçirdiŞagirdlərin ekoloji maarifləndirilməsi, onların ekoloji biliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılması, istedadlı və yaradıcı uşaqların aşkara çıxarılması, ətraf mühitin və ekologiyanın mühafizəsi, təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə edilməsi, dövrün qlobal problemlərinin həllinə dəstək verilməsi məqsədilə "Bakı Şəhəri Təhsil İdarəsi haqqında" Əsasnamənin 15.6 bəndini rəhbər tutaraq məktəbdə fəaliyyət planı hazırlandı. Fəaliyyət planına uyğun olaraq "Təbiəti qoruyanlar" adı altında məktəbin "Kiçik Akademiya"sının üzvləri “Yaşıl” layihə keçirildi. Məktəbin həyətinin yaşıllaşdırılması məqsədilə şagirdlər, valideynlər və məktəbin müəllim kollektivi kiçik ölçülü oranjeryanın yaradılması istiqamətində işlər gördülər, dibçək güllər əkdilər. Əkilən güllərə və bitkilərə şagirdlər tərəfindən qulluq edilməsi qaydaları öyrədildi, "Məktəbli bostanı" yaradıldı, məktəb ağaclarına qonan quşlar üçün yuvalar düzəldilib ağaclardan asıldı.

Ətraflı

Məktəbimizin “Kiçik Akademiya”sının üzvləri ekoloji biliklərini və tədqiqatçılıq bacarıqlarını artırırŞagirdlərin ekoloji maarifləndirilməsi, onların ekoloji biliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılması, istedadlı və yaradıcı uşaqların aşkara çıxarılması, ətraf mühitin və ekologiyanın mühafizəsi, təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə edilməsi, dövrün qlobal problemlərinin həllinə dəstək verilməsi məqsədilə "Bakı Şəhəri Təhsil İdarəsi haqqında" Əsasnamənin 15.6 bəndini rəhbər tutaraq məktəbdə fəaliyyət planı hazırlandı. Məktəbin fəaliyyət planına uyğun olaraq açıq havada 22 aprel - "Beynəlxalq Yer Günü"nə həsr olunan "Yerin kosmik adresi" mövzusunda məktəbin 6c sinfində maarifləndirici dərs keçirildi. Coğrafiya müəllimi Aygün Ağayeva şagirdlərə Günəş sisteminin bütün planetləri haqqında məlumat verdi. Xüsusi diqqət Yer planetinə ayrıldı. Dərsin açıq havada keçirilməyinin əsas məqsədi Yerin mövcud olan ekoloji problemlərinə diqqət çəkmək və həmin problemlərin həll edilməsi üçün hər birimizin borcu olan təbiətimizi qorumaq idi. Buna misal olaraq məktəbyanı sahədə aparılan yaşıllaşdırma, bərpa işləri canlı olaraq göstərildi.

Ətraflı

Məktəbimizin “Kiçik Akademiya”sının üzvləri "Öyrədərək öyrənək" layihəsinə start verdilərMüasir təhsilin idarəolunması şagirdlərə və təlim prosesinə fərqli yanaşma,öyrənməyin müxtəlif üsullarını tətbiq etməyi tələb edir. Bu günün tələblərinə cavab verən dərs modellərinin qurulması, dünyanın aparıcı təcrübələrindən istifadə etməklə öyrənməni daha asan və əlçatan etmək təhsilin əsas məqsədinə çevrilməlidir Öyrənmə texnikaları içində ən səmərəli üsullardan hesab olunan Feynman texnikası öyrədərək öyrənməkdən ibarətdir. Şagirdlərimiz üzərində bu texnikanı reallaşdırmaq, onlarda müvafiq öyrənmə tərzinə maraq yaratmaq məqsədilə məktəbimizin “Kiçik Akademiya”sının üzvləri "Öyrədərək öyrənək" layihəsinə start verdilər. Layihəyə görə şagirdlər həm öz yaşıdlarına həm də özündən aşağı yaş qrupuna aid şagirdlərə müxtəlif mövzular əsasında dərslər keçirlər. Dərslər dərnək və dərsdənkənar məşğələlər hesabına təşkil olunur. Müvafiq mövzunu dolğun mənimsədiyinə əmin olan şagird öz biliklərini öyrətməklə iki missiyanı yerinə yetirir. Həm bu mövzunu yoldaşlarının da öyrənməsini təmin edir, həm də həmin mövzu üzrə öz bilik və bacarıqlarını refleksiya edir. Beləliklə biz təhsildə yeni çağırışlara qoşularaq, yeni ideyalar yaradırıq. Bu fəaliyyətin səmərəli olacağına çox inanırıq. Necə deyərlər "Öyrətmək iddiası olanın, öyrənmək əzmi gərək" Bu gün öyrənmək əzmi,öyrənmək iştahı və öyrənmək sevdası yaratmaq öyrətməkdən öndə durur. Öyrətmək üçün isə öncə öyrənməliyik. Öyrənək ki, öyrədə bilək. Nəhayət öyrədək ki, necə öyrəndiyimizi dəyərləndirə bilək. Öyrətmək həm də öyrəndiklərimizdən əmin olmaqdır.

Ətraflı

"20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir" mövzusunda seminarMəktəbin "Kiçik Akademiya"sının üzvləri, akt zalında 20 Yanvar faciəsinin otuz ikinci ildönümünə həsr olunmuş "20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir" mövzusunda seminarda iştirak etdilər . Seminarda çıxış edən şagirdlər xalqımızın misilsiz qəhrəmanlığından, sovet ordusunun öz azadlığı uğrunda mübarizəyə qalxan silahsız insanlara qarşı törətdiyi hərbi cinayətdən danışdılar. Məktəbimizin direktoru Könül Hüseynova bu faciə haqqında şagirdlərimizə geniş məlumat verdi və Azərbaycan xalqının tarixinə unudulmaz qəhrəmanlıq səhifəsi kimi yazılan 20 Yanvar faciəsininin təkcə ildönümlərində yox, hər zaman xatırlanmasını tövsiyə etdi.

Ətraflı

“Kiçik Akademiya” üzvlərinin professor Lütfi Zadənin ixtiraları haqqında araşdırmalarıMəktəbin “Kiçik Akademiya”sının üzvləri, müəllimlər konfrans keçirtdilər. Konfransda direktor vəzifəsini müvəqqəti əvəz edən Vəfa Qafurzadə, tarix müəllimi Mustafayeva Pərvanə və Kiçik Akademiya üzvləri çıxış etdilər. Lütvəli Rəhim oğlu Ələsgərzadənin aparıcı dünya şirkətləri tərəfindən tətbiq olunan nəzəriyyəsi, qeyri-səlis məntiq nəzəriyyəsinə əsaslanan foto və video kameralar, paltaryuyan maşınlar və s. haqqında araşdırmalarını təqdim etdilər.

Ətraflı

"Kiçik Akademiya"nın illik hesabatıElşad Yəhyayev adına 56 saylı tam orta məktəbdə yaradılmış “ Kiçik Akademiya”nın 26 may 2021-ci il hesabatına dair onlayn tədbir keçirilmişdir. Məktəbdə yaradılmış “Kiçik akademiya”nın məqsədi məktəbin istedadlı şagirdlərinin fəaliyyətini məqsədyönlü şəkildə inkişaf etdirmək, yüksək intelektə malik yeni nəsil formalaşdırmaqdır. Məktəbdə “Kiçik Akademiya”nın fəaliyyəti könüllülük, hüquq bərabərliyi və özünü idarə prinsipləri əsasında qurulmuşdur. “Kiçik Akademiya”nın prezidenti məktəbin riyaziyyat müəllimi Əliyeva Elnarə, vitse-prezidenti informatika müəllimi Əliyeva Esmira, katib coğrafiya müəllimi Mirzənmədova Aynurdu. "Kiçik Akademiya" 5 kafedra üzrə fəaliyyət göstərdi. Humanitar, texniki, təbiət, fizika-riyaziyyat, sosial-iqtisadi fənlərin kafedraları videoçarx, videotəqdimat, referat, divar qəzetləri, mühazirə hazırlamışdılar. Görülən işlər sırasında “Prezident İlham Əliyevin daxili və xarici siyasəti”, “Milli-mənəvi dəyərlərimizi qoruyaq”, “Yoluxucu xəstəliklər”, “Palçıq vulkanları”, Nizami Gəncəvinin "Xəmsə" poemasının tətqiqat işi, ”Sağlamlığın şərtləri”, "Qravitasiya qarşılıqlı təsiri”,”Alternativ Ağıllı kənd”, "Ətraf mühitin çirklənməsi”, "Təbiət inciləri”, “Qarabağ dünən, bugün, sabah”,"Qarabağın tarixi şəxsiyyətləri", 28May Respublika gününə həsr olunmuş təqdimat, bilik yarışmalarının təşkili, “Kim? Harada? Necə?” intelektual oyun var idi. Tədbirdə çıxış edən məktəbin direktor əvəzi Vəfa Qafurzadə qeyd etdi ki, “Kiçik Akademiya”nın təşkilində əsas məqsəd yerli və respublika səviyyəsində istedadlı şagirdlərimizlə aparılan işlərin tənzimlənməsi, şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşması ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsi daim təmin edilməlidir.

Ətraflı

Qarabağ musiqisi-qəlbin musiqisidir!Məktəbin 5-9 cu sinif şagirdləri "Qarabağ musiqi beşiyidir", "Qarabağ musiqisi-qəlbin musiqisidir" adlı videotəqdimatlar, videoçarxlar hazırladılar. Musiqi müəllimi Elmira Baxşıyevanin təşkilatçılığı ilə keçirilən təqdimatdlarda musiqinin beşiyi Qarabağ torpağından Natəvanın, Vaqifin, Zakirin, Üzeyir Hacıbəylinin, Bülbülün, Xan Şuşinskinin Vətəni olan Şuşanın azad olması barədə danışdılar. 8 May - bu tarix 28 illik Şuşa həsrətinin simvoludur. Çünki Azərbaycan milli mədəniyyətinin baş tacı olan Şuşa 1992- çi ilin məhz bu günü işğal olunmuşdur. Şuşa 28 il məhbusluq həyatı yaşadı. Lakin, Azərbaycan xalqı ümidini heç zaman itirmədi, bu əsarətə dözdü, tab gətirdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtdıq! Əziz Şuşa, biz səni dircəldəcəyik!" ifadələri Azərbaycan xalqının bütün acılarını dindirdi. Azərbaycan Ordusunun qətiyyətli mübarizəsi ilə tarixi ədalət bərpa edildi və noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olundu. Azərbaycan Prezidenti İlham Əliyev Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında sərəncam imzaladı.

Ətraflı

Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş konfransMüasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, Ümummilli lider Heydər Əliyev bütün şüurlu həyatını canından artıq sevdiyi xalqının xoşbəxt yaşamasına, Azərbaycanın tərəqqisinə həsr etmişdir. Bu baxımdan məktəbimizin kollektivi və şagirdləri Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş konfransda iştirak etdilər. Konfransda tarix müəllimi Sevda Bağırova və 9 - 11-ci sinif şagirdləri Heydər Əliyevin zəngin siyasi irsindən, həyat və yaradıcılığından danışdılar. Konfransda Ulu Öndərin öz səsi ilə şeirlər və mahnılar səsləndirildi, videotəqdimatlar, videoçarxlar nümayiş olundu. Məktəbin musiqi müəllimi Elmira Baxşıyevanin təşkilatçılığı ilə 4a sinif sagirdi Qəhrəmanlı Məhəmməd Ulu Öndər mahnısını tədbir iştirakçılarına virtual aləmdə canlı oxudu, qiraətci şagirdlər seir söylədilər, rəqs etdilər, mahnı oxudular. Azərbaycan dili və Ədəbiyyati müəllimi Dinarə Cəlilovanin yazdığı "Bir oğul tanıyıram" adlı şeirini 9a sinif şagirdi Vahabova Səbirə tədbir iştirakçılarının diqqətinə çatdırdı. Məktəbimizin direktor əvəzi Vəfa xanım Qafurzadə çıxış edərək Ümummilli lider Heydər Əliyevin keçdiyi zəngin həyat yolundan danışdı və onun bütün dövrlərdə yürütdüyü uzaqgörən siyasəti nəticəsində ölkəmizin nüfuzunun artırılmasından danışdı. Bildirdi ki, Ümummilli liderin siyasi xəttinin davamçısı olaraq Prezident İlham Əliyevin sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edir.

Ətraflı

" Nizami dünyası"adlı intellektual bilik yarışıBakı Şəhəri üzrə Təhsil İdarəsinin 26.04.2021- ci il tarixli, F-100 nömrəli əmrinin icrası məqsədi ilə məktəbdə lX-X siniflər arasında keçiriləcək “Nizami dünyası” adlı intellektual müsabiqənin məktəb turu keçirildi. Məqsəd dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin həyat və yaradıcılığı ilə şagirdləri məlumatlandırmaq, sağlam rəqabət hissinin formalaşdırılması, milli-mənəvi dəyərlərimizi təbliğ olunmasıdır. Məktəbdaxili yarışmada iştirak edən 9-10 sinif şagirdləri Nizami Gəncəvinin həyat və yaradıcılığı, onun qəzəlləri, müdrik kəlamları haqqında sualları cavablandırdılar. Sonda yüksək nəticə göstərən 11a sinif şagirdi Bəsirzadə Nihad Sübhan oğlu növbəti mərhələyə yüksəldi.

Ətraflı

Məktəbdə "Kiçik Akademiya" üzvləri araşdirmalarini təqdim etdilərMəktəbdə "Kiçik Akademiya" üzvləri araşdirmalarini təqdim etdilər. “Kiçik Akademiya” üzvlərinin Azərbaycan dili və ədəbiyyat fənni üzrə iştirak edən şagirdlərinin təqdimatı dinlənildi. Təqdimatda məktəbin Azərbaycan dili və ədəbiyyat ,biologiya, rəsm müəllimləri və şagirdlər iştirak etdilər. Tədbir Nizami sənətinin öyrənilməsi və təsviri incəsənət bacarıqlarının üzə çıxarılması, videotəqdimatların təqdim olunması prinsiplərinin öyrənilməsi və təbliğ olunmasi bacarığının keçirilməsi məqsədilə təşkil olunmuşdur. “Sağlam həyat tərzinin şərtləndirən xüsusiyyətlər”, “Mənəvi fiziki sağlamlıq amilinin rolu”mövzusunda tədbirlər keçirilmişdir.

Ətraflı

"Kiçik Akademiya" üzvlərinin Ədəbiyyat sevərləriUşaqların, yetişməkdə olan gənc nəslin inkişafında şəxsi mütaliə mühüm yer tutur. Onlar mütaliyə vasitəsilə müxtəlif biliklərə, vətənpərvərlik duyğularına vətən, ana, torpağı sevmək hislərinə yiyələnirlər. Bir sözlə uşaqların şəxsiyyət kimi yetişməsində mütaliənin rolu əvəzsizdir. Məktəbimizdə hər tədris ilinin əvvəlində müəllimlərimiz tərəfindən şagirdlərə onların yaş səviyyəsinə, marağına uyğun əlavə oxu materiallarının siyahısı verilir. Şagirdlərə ilk növbədə oxuduqları bədii nümunələrin mövzusunu, ideyasını müəyyənləşdirmək, hekayənin xəritəsini tərtib etmək, obrazların başlıca xüsusiyyətlərini göstərmək, müəllifin obrazlara münasibətini, eyni zamanda fəal oxucu kimi öz münasibətlərini bildiriblər. Məktəbdə fəaliyyət göstərən “Ədəbiyyat sevərlər” dərnəyində 7- 8 sinif şagirdləri dahi şair Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsi ilə baglı “Sirlər Xəzinəsi” poemasından hekayələri təhlil edib, hekayədəki obrazlara öz münasibətlərini bildiriblər.

Ətraflı

2018-2019 cu tədris ilində " Kiçik Akademiya"nın fənlər üzrə təqdimatı2018-2019-cu tədris ilində başlayaraq məktəbdə “Kişik Akademiya”nın fəaliyyətinin genişləndirilməsi istiqamətində Fəaliyyət Planı hazırlanaraq təsdiq olunmuşdur. Bununla əlaqədar olaraq məktəbdə “Kiçik Akademiya”nın fəaliyyətinin gücləndirilməsi barədə məktəbdaxili əmr verilmişdir. “Kiçik Akademiya”nın iştirakçıları seminarlar keçirmişdilər, şagirdlərin mövzuları üzrə hazırladıqları referatları və təqdimatları nümayiş etmişdilər. Daha sonra gənc rəssamların rəsmlərindən ibarət sərgi təşkil olunmuşdur. Şagirdlər inşa müsabiqələrində iştirak etmişdilər, videotəqdimat və videoçarxlar hazırlamışdlar. “İstedadlarımızı tanıyaq” adlı layihəsinin keçirilməsi və hər bir uşaqda mövcud olan istedad üzə çıxarılmışdr. Şagirdlərin xarici dil bacarıqların üzə çıxartmaq üçün ingilis dilində inşa və şeir müsabiqəsi keçirilmişdir, videotəqdimatlar hazırlanmşdır.Şagirdlərdə tədqiqatçılıq bacarığının formalaşdırlması ilə bağlı onların araşdırma tələb edən layihələrə cəlb olunması istiqamətində tədbirlərin ( bədii əsərlərin təhlili əsasında müstəqil rəy və mülahizələri əhatə edən referatların hazırlanması, fiziki, kimyəvi, bioloji hadisələr üzrə təcrübələrin aparılması və nəticələrin ümumiləşdirilməsi, bölgənin təbiətinin, tarixi-mədəni abidələrinin öyrənilməsi və dəyərləndirilməsi və s.) həyata keçirilmişdir.

Ətraflı

Məktəbimizdə "Kiçik Akademiya"nın yaradılması haqqındaE.Yəhyayev adına 56 saylı tam orta məktəbdə “Kiçik Akademiya” 2017-ci ildən fəaliyyət göstərir. "Kiçik akademiya"da şagirdlərin fənn müəllimləri ilə görüşləri təşkil edilir. Məqsəd 5-11-ci sinif şagirdləri arasında yaradıcı şagirdlərimizin fəaliyyətlərini, onların elmi və yaradıcılıq qabiliyyətlərini üzə çıxarmaqdır. Fənn müəllimlərin rəhbərliyi ilə şagirdlər müəyyən edilmiş istiqamətlərdə elmi dünyagörüşünün formalaşması üçün tədqiqat işləri aparırlar, müxtəlif layihələrdə iştirak edirlər, referat, mühazirələr hazırlamaq bacarıqlarını inkişaf etdirirlər. "Kiçik Akademiya" üzvləri ilə tez- tez “Dəyirmi masa”lar keçirilir, onların araşdırmalarna istiqamət verilir. Şagirdlərin həm fərdi, həm də kollektiv şəkildə tədqiqatlar aparılmasına şərait yaradılir. Şagirdlərlə daim ünsiyyətdə olunur , onları düşündürən məsələlərlə bağlı söhbət aparılır. Məktəbdə humanitar, təbiət, fizika-riyaziyyat, sosial- iqtisadi bölmələr fəaliyyət göstərir. Bölmələr kafedralarda ayrılıb. Məktəbin riyaziyyat müəllimi Əliyeva Elnarənin təşkilatçılığı ilə “Kiçik Akademiya”nın tərkibi yaranmışdır. Prezident: 1.Qaraxanov Riad Elbrus oğlu 11a, 2.Vitse prezident: Bəsirzadə Nihad Sübhan oğlu 11a, 3.Kərimova Nəzrin Mahir qızı 11a, 4. Əliyeva Fidan Şamxal qızı 10a, 5. Vahabova Səbirə Fariz qızı9a, 6. Niknəzər moqəddəm Məhəmmədhəsən Əhməd oğlu 8a

Ətraflı
HAQQIMIZDA

Məktəbimiz 1884 cü ildə Bakının neft sənayesində xüsusi xidmətləri olan Nobel qardaşları tərəfindən təsis edilmişdir.Neftçi ailəsindən olan  25-30 şagirdlə fəaliyyətə başlayan məktəbdə 1904-c&u...

BİZİM FƏXRLƏRİMİZ

Riyad Qaraxanov Elbrus

Sabir Məmmədov İbrahim

HAQQIMIZDA

Məktəbimiz 1884 cü ildə Bakının neft sənayesində xüsusi xidmətləri olan Nobel qardaşları tərəfindən təsis edilmişdir.Neftçi ailəsindən olan  25-30 şagirdlə fəaliyyətə başlayan məktəbdə 1904-c&u...

BİZİM FƏXRLƏRİMİZ

Riyad Qaraxanov Elbrus

Sabir Məmmədov İbrahim

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi