“Bilbacar” müsabiqəsinin qalibləri elan olundu

Məktəbimizin fəxri, istedadlı və çalışqan şagirdi Abdayeva Ayla, “Bilbacar” müsabiqəsinin final mərhələsində 538 bal toplamış,II yer tutaraq adını qaliblər sırasına yazdırmağı bacarmışdır .
Bu böyük uğur Ayla’nın bilik və bacarığının, zəhmətinin və əzmkarlığının parlaq nəticəsidir. Onun bu nailiyyəti həm müəllim və valideynləri, həm də bütün məktəb kollektivi üçün qürurvericidir.
Aylanı səmimi qəlbdən təbrik edir, ona gələcək fəaliyyətində daha böyük zirvələr arzulayırıq!
Uğurların bol olsun, Ayla!