HAQQIMIZDA

Məktəbimiz 1884 cü ildə Bakının neft sənayesində xüsusi xidmətləri olan Nobel qardaşları tərəfindən təsis edilmişdir.Neftçi ailəsindən olan  25-30 şagirdlə fəaliyyətə başlayan məktəbdə 1904-cü ildə  şagirdlərin sayı 150 nəfərə çatdı.Çalışanlar tərəfindən BraNobel şirkətinin rəhbəri Emanuel Nobelə yeni  məktəbin tikilməsi ilə bağlı təklif edildi. Emanuel Nobel Baş Assambleya “Cəmiyyətin yaradıcısı Robert Nobelin xatirəsinə Bakının, Qara şəhər (indiki Ağ Şəhər) ərazisində yerləşən  Eksportnaya küçəsində  onun adına məktəb tikməklə əbədiləşdirmək” haqqında qərar qəbul etdi.Beləliklə 1904-cü ildə təxminən  100.000 rubl vəsait ayırmaqla ikimərtəbəli yeni məktəb binası  tikilmişdir. Məktəbdə işçilərin uşaqları üçün müntəzəm dərslərlə yanaşı, böyüklər üçün də köməkçi kurslar var idi.Bunlardan texniki rəsm üzrə pulsuz axşam kursları, məktəbi bitirmiş qızlar və daha yaşlı tələbələr üçün tikiş və kəsmə üzrə pulsuz kurslar fəaliyyət göstərirdi. Fəhlələr üçün pulsuz axşam savad kursları ilə yanaşı, ailəli xanımlar da iştirak edirdi.

Üç  əsrə şahid olan məktəb böyük tarixi yol keçərək öz ənənələri ilə fərqlənmişdir.Böyük Vətən müharibəsi dövründə hərbi qospital kimi fəaliyyət göstərmiş 1948-ci ildən yenidən fəaliyyətə başlamışdır.Uğurlu fəaliyyəti ilə seçilən məktəbdə şagird sayı sürətlə artırdı.Beləliklə 1976-cı ildə müasir standartlara cavab verən  1000 şagird yerlik məktəb istifadəyə verilmişdir.

Məktəbin tarixində əlamətdar hadisələrdən biri də 1982-ci ildə Ulu Öndər, Ümummilli lider Heydər Əliyevin məktəbi ziyarəti olmuş, təhsil işçilərinə öz dəyərli tövsiyələrini vermişdir. 2009-2010-cu tədris ilində keçirilmiş "50 ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsində məktəbimiz qalib olmuşdur. Məktəbimiz əsaslı təmir və yenidənqurmadan sonra 4 avqust 2014-cü ildə istifadəyə verilmiş və möhtərəm Prezidentimiz İlham Əliyev cənabları açılışda iştirak etmişdir.

Məktəbimiz bu gün də ölkəmizin  müasir təhsil siyasətinə sadiq qalaraq gənc nəslin təlim tərbiyəsində səmərəli fəaliyyət göstərir.

Şagirdlərin təlim tərbiyəsi ilə 72 nəfər müəllim məşğul olur. Məktəb birnövbəlidir, tədris azərbaycan və rus bölməsi olmaqla iki dildə təşkil olunub. Təhsil alan şagirdlərin sayı  1147 nəfərdir. Bayramlar, tarixi günlər, görkəmli elm, incəsənət və ictimai xadimləri, müharibə veteranları və dövlət  nümayəndələri ilə təşkil olunan görüşlər müntəzəm və məhsuldar  olur, mətbuatda işıqlandırılır. Müəllimlərimiz "İlin ən yaxşı müəllimi" müsabiqəsində, şagirdlərimiz isə yerli və beynəlxalq  olimpiadalarda aktiv iştirak edirlər. İdman sahəsində məktəbin uğurları çoxdur.Belə ki,şagirdlərimiz idmanın  müxtəlif növlərində yerli beynəlxalq yarışlarda qələbələr qazanır, hərbi idman oyunlarında uğurlar əldə edirlər.Son illərdə məktəbimiz Rəqəmsal bacarıqlar,STEAM kimi beynəlxalq layihələrə qoşulub.

OCEP layihəsində məktəbimix Cənubi Koreya ölkəsini təmsil edir.Bundan başqa Nobel qardaşlarının vətəni olan İsveçin paytaxtında yerləşən Jensen gimnaziyası ilə əməkdaşlıq edərə müxtəlif layihələr həyata keçirir.

2023-cü ildə məktəbimiz Təhsildə İnkişaf və İnnovasiyalar üzrə  VII Qrant müsabiqəsində həm məktəb,həm də fərdi kateqoriyada qalib olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi