FƏXRİMİZ

Elşad Məmmədhənifə oğlu Yəhyayev 5 may 1966-cı ildə Şəki şəhərində anadan olub.1973-cü ildə Şəki şəhəri 12 saylı orta məktəbin birinci sinfinə daxil olub.1977-ci ildə ailəsinin Bakı şəhərinə köçməsi ilə əlaqədar orta təhsilini Bakı şəhəri Xətai rayonundakı 56 nömrəli  tam  orta məktəbdə davam etdirib.Hal - hazırda bu məktəb onun adını daşıyır.Qısa bir zamanda şagird və müəllim kollektivinin hörmətini qazanır, sinif nümayəndəsi seçilir. Elşad məktəbi 1983-cü ildə fərqlənmə diplomu ilə bitirir.Təbiətən çalışqan, mərd, sözü üzə deyən,heç nədən çəkinməyən,haqsızlığa qarşı barışmaz idi.Arzusu həkim olmaq,xalqımızın sağlamlığının  keşiyində durmaq idi.Lakin sonradan cəmiyyətdə baş verən ədalətsizlikləri görüb,fikrini dəyişdi.Hüquqşunas olub qanunları dəyişmək istəyirdi.Məktəbi əla qiymətlərlə oxuyan Elşad həmişə düzgünlük axtarır,ədalətsizliyə göz yuma bilmirdi.Orta təhsilini Azərbaycan dilində almış Elşad sənədlərini Leninqrad dövlət universitetinin hüquq fakultəsinə verir,lakin qəbul ola bilmir.Bir müddət Bakı Neft Yağ zavodunda işləyir sonra hərbi xidmətə yola düşür.Hərbi xidmətini Leninqrad şəhərində daxili qoşunların nəzdində başa vurur.”Rota starşinası”vəzifəsinə qədər yüksəlir. Əsgərliyi başa vuran Elşad artıq sənət yolunu müəyyənləşdirmişdi. Hərbçi olacaqdı. Elşad əsgərliyini başa vurandan sonra yenə gedib Neft Yağ zavodunda işləyir,sonra hərbi komissarlığın göstərişinə əsasən 1987-ci ildə Dzerjinski adına qırmızı bayraqlı Saratov Ali hərbi komandirlik məktəbinə daxil olur.Məktəbdə oxuduğu illərdə zabit kollektivinin də hörmətini qazanır. Sonralar manqa komandiri, taqım komandiri və bölük komandiri vəzifəsinə təyin olmuşdu.Ali məktəbdəki xidmətləri hətta məktəbin generalı tərəfindən xüsusi olaraq qeyd olunmuşdu. Dəfələrlə evə təşəkkür məktubları gəlmişdi. Elşad təhsilini başa vurandan sonra təyinatını Alma-ata şəhərində hərbi hissələrin birinə verirlər,vətəndə qanlı müharibə gedən bir zamanda Alma –ata şəhərində qalıb sakitcə xidmət etməyi qəbul edə bilmədi.Təyinatının Azərbaycana verilmədiyi halda hərbi xidmətdən gedəcəyini bildirdi.Azərbaycana qayıdıb,daxili işlər nazirliyinin daxili qoşunlarınin hərbi hissələrinin birində taqım komandiri kimi xidmətə başlayır.Hərbi səriştəyə, zəngin təcrübəyə malik olan Elşad bir müddətdən sonra Bölük komandiri vəzifəsinə təyin olunur.1992-ci ilin mart aprel aylarında Baş leytenant Yəhyayevin komandanlığı altında Papravənd kəndinin bir sahəsi Ağdarəkəndi istiqamətindən erməni işğalçılarından müdafiə olunurdu. Tabeçiliyində olan 30 nəfər əsgər bir nəfər kimi döyüş xəttində dayanmışdı.Əsgərlər baş leytenant Yəhyayevə savadlı ,təcrübəli zabit və insanpərvər yoldaş kimi tam inanırdılar.Düşən bir neçə dəfə onların müdafiə xəttini yarıb,kəndə hücum etmək istəmişdi.Lakin Elşadın hərbi taktikası nəticəsində düşmən geri çəkilmişdi.O,hər axşam postları şəxsən özü yoxlayır,əsgərlərlə söhbət edər,onlarda qələbəyə inamı artırardı. Bir dəfə düşmənin Qalayçılar kəndinə hücum etdiyi xəbər verildi.Elşad öz xahişi ilə ora göndərilir.Ağdərədə yerləşən erməni mövqeyini iki nəfər əsgərlə kəşfiyyata çıxmış onların ağır texnikasının yerini öyrənmiş,sonra isə sərrast atəşlə postları məhv etmişdi.İgid qorxmaz və cəsur zabit idi.Bakıdan zirehli döyüş maşınının iriçaplı pulemyotunun sökülmüş halda hissələrini gətirmişdilər.Baş leytenant Yəhyayev həmin pulemyotu təkbaşına yığıb döyüş vəziyyətinə gətirib  və bu pulemyotdan ilk atəşləri də özü açmışdı. O,atıcı silahların xüsusiyyətlərini mükəmməl bilir,onların istifadə qaydalarını əsgərlərə gözəl başa salırdı.Bütün əsgərləri ona tam inanırdılar və onunla ölümə getməyə belə hazır idilər. Elşad Paprəvənd kəndini igidliklə qorudu. Padpalkovnik  Ziyadov  onu  belə xatırlayır.”Səhv fikirlərlə heç vaxt razılaşmırdı, olduqca çılğın ,qoçaq mərd bir zabit idi.Onun sayıqlığı sayəsində Paprəvənddə düşmən təxribatları dəfələrlə boşa çıxmışdı.Biz hamımız onunla fəxr edirdik.14 iyunda baş Leytenant Yəhyayev öz bölüyü ilə yenidən doğma Qarabağa yollandı.Kəndlərimizin ermənilərdən azad edilməsi uğrunda gedən döyüşlərdə mərdliklə vuruşdu.Beyləqandan Ağdama oradan da Sırxavəndə 50 nəfər əsgərlə gəlirlər.Kəndə çatan kimi günorta ermənilər hücüma başlayır.Bir müddətdən sonra baş leytenant Yəhyayevin dəstəsi mühasirəyə düşür.onlar mühasirəni yarmaq üçün düz 9 saat meşənin içi ilə getməli olurlar.Öz hərbi hissələrimizin dislokasiya olunduğu əraziyə çatdıqda ilk olaraq heç kəs bölüyün düşmən mühasirəsindən salamat çıxacağına inana bilmirdi. Sonra Yeni Qaralar kəndinin müdafiəsinə gedirlər .Bölük kənd məktəbinə dislokasiya olunur.Postlar təyin olunur.İkinci gün gecə ermənilər hücuma keçirlər.Toplardan ,minamyotlardan və.s atıcı silahlardan atəşə tuturdular.Artıq patronlar tükənmək üzrə idi kömək isə yox idi.Elşadın bölüyünün ancaq avtomatlardan atəş açdığını görən ermənilər ürəklənərək hücumu daha da gücləndirirlər. Ermənilər daha da çaya yaxınlaşmışdılar. Yaxın məsafədə döyüş gedir,bölük geri çəkilmək məcburiyyətində idilər. Elşad bir neçə nəfərlə geri çəkilənlərin silah və sursatını götürərək, onları atəşlə müdafiə edirdi.Lakin son anda köməyə yetişmirlər. Canlı kömək yox idi.Yalnız sursat gətirmişdilər.Səhərə yaxın ermənilər çayı çəkib daha da yaxınlaşırdılar eyni zamanda artileriya atəşinə başlayırdılar.Kəşfiyyatın gətirdiyi məlumatdan aydın olur ki düşmən zirehli texnika ilə hücuma keçib. Elşadın bölüyünün texnika sarıdan köməyi yox idi.Döyüşün başlamasından 10-11 saat keçirdi.Su ərzaq ehtiyatı da qurtarmaq üzrə idi.
Geri çəkilənlərin müdafiəsini təşkil edərək arxa postlarda mövqelərini möhkəmləndirdilər.Kəndə çəkilən zaman mayor Mirzəyev öz dəstəsilə köməyə gəlir.Əvvəlki postlara qayıdarkən gözlənilməyən istiqamətlərdən atəşə tutulanlar da öz mövqelerini yenidən möhkəmləndirirlər.Həmin vaxt Elşad başından yaralanır.Onu evə göndərmək istəsələr də heç cürə razılaşmır başının yarasını sarıdıb qanı axa-axa yenidən döyüşə qayıdır son döyüşü Arənzəminin müdafiəsində olur. Səhər kəndə çatan zaman dağın başındakı postun atəşə tutulduğunun şahidi olur.Dəqiq atəşlə ermənilər postları və səngərləri dağıtmışdılar.Postlardakı qüvvələrdən yaralananlar var idi.Qüvvələrimiz çox zəifləmişdi.Əsgərlərimlə özüm gedəcəm deyə Elşad 15 nəfər əsgərlə döyüşə girir.
Yaralalıları çıxarıb öz dəstəsilə postları möhkəmləndirir  və düşməni geri oturdur.Düşmən çoxlu itki verir.Ermənilər mövqelərini tuta bilmədikdə hiyləyə əl atırlar.Səhərə yaxın ala qaranlıqda hücuma keçirlər.Bu hucumların dəf olduğunu görən ermənilər atəşi dayandırırlar.Fasilədən istifadə edib qaranlıqda əsgərlərə doğru sürünüb postları mühasirəyə alırlar. Aramsız olaraq atəşə başlayırlar. Artıq yaxın məsafədə döyüş gedirdi. Ermənilərin qışqırtısı eşidilirdi.
Patronların qurtarmasına ,əsgərlərin çoxunun yaralanmasına baxmayaraq Elşad mövqelərdən bir addım da geri çəkilmir,ermənilər bir müddət köməyə gələn əsgərlərin qarşısını atəşlə saxlasalar da, bölüyün qalan hissəsi özünü dağın təpəsindəki postlara çatdıra bilir.Lakin... gec idi.....Elşad yaralanmış əsgərlərdən ikisinin əsir düşəcəyini gördükdə köməyə yetişdiyi anda aldığı güllə yarasından vəfat edir. Ancaq yaralıları çıxardır. Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətinə görə Azərbaycan Respublikasının prezidentinin 8 oktyabr 1992-ci il 264 nömrəli fərmanı ilə ölümündən sonra Yəhyayev Elşad Məmmədhənifə oğluna Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı verilmişdi.Oxuduğu Xətai rayon 56 nomrəli məktəb onun adını daşıyır. Ədliyyə Nazirliyinin hərbi hissəsində xatirəsinin əbədləşdirilməsi məqsədilə guşə yaradılıb.Oxuduğu 56 nomrəli məktəbdə büstü qoyulub. 1992-ci il 20 iyunda vətən yolunda şəhid olmuşdur. Milli qəhrəman Elşad Yəhyayev Şəhidlər xiyabanında dəfn olunmuşdu.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi