XI sinif məzunlarına tam orta təhsil haqqında attestatlar təqdim olundu

Məktəbin direktoru Könül Hüseynova şagirdləri bu mühüm mərhələni uğurla başa vurduqları üçün təbrik etdi, onlara gələcək həyatlarında uğurlar, ali təhsil yollarında bol-bol nailiyyətlər arzuladı. Şagirdlərimizin sinif rəhbərləri bu anın sevincini bölüşərək, məzunlarla qürur duyduqlarını ifadə etdilər.
Bu gün təqdim olunan attestatlar təkcə bir sənəd deyil, eyni zamanda şagirdlərin həyat yolunda atdıqları möhkəm və əhəmiyyətli bir addımdır. Məzunlarımıza parlaq gələcək və uğurlu karyera yolu arzulayırıq.