BŞTİ müdiri məzunları təbrik etdi.

       İyunun 14-də Bakı şəhəri 56 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib. Tədbirdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsi Abuzər Kərimli, Bakı Nobel İrsi Fondunun direktoru Fuad Qasımov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Bakı şəhəri Xətai Rayon Komitəsinin sədri Sehran Səfərov, Milli Qəhrəman Elşad Yəhyayevin qardaşı Rahim Yəhyayev, şəhid anası Bahar Abbasova, ictimaiyyət nümayəndələri, məktəb rəhbərliyi, müəllimlər, valideynlər və məzunlar iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Məzunları təbrik edən məktəbin direktoru Könül Hüseynova onlara gələcək həyatlarında uğurlar diləyib. K.Hüseynova rəhbərlik etdiyi təhsil ocağında ümumilikdə 1 200 şagirdin təhsil aldığını, onlardan 108 nəfərin bu il məzun olduğunu diqqətə çatdırıb. 

Tədbirdə çıxış edən Nərminə Hüseynova məzunları XI sinfi uğurla başa vurmaları münasibətilə təbrik edib, onlara gələcək təhsil həyatında nailiyyətlər arzulayıb, şagirdlərin Vətənə, xalqa, dövlətə layiqli gənclər, şəxsiyyətlər kimi yetişəcəyinə əminliyini ifadə edib. 

N.Hüseynova ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə ümumi təhsil müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülən işlərin gələcəyimiz olan gənclərə daha yaxşı təhsil imkanı yaratmağa xidmət etdiyini, təhsilin əlçatanlığını təmin etmək və savadlı nəsil yetişdirmək olduğunu vurğulayıb. BŞTİ müdiri ötən tədris ilində paytaxtın təhsil həyatında yaddaqalan məqamlardan, həyata keçirilən uğurlu layihələrdən və yeniliklərdən danışıb. 

Tədbirdə çıxış edənlər “Son zəng” münasibətilə məzunları təbrik edib, onlara Azərbaycanın inkişafı naminə layiqli vətəndaş, peşəkar mütəxəssis kimi yetişməyi tövsiyə ediblər.

Dərs ilini müvəffəqiyyətlə başa vuran şagirdlər Fəxri fərmanlarla təltif olunublar.

Tədbir məzunların hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi