"BilBacar” müsabiqəsinin qaliblərinin təltifetmə mərasimi keçirildi

Tədbir 17 iyun 2025-ci il tarixində Bakı şəhərində keçirilmişdir. Tədbirdə Elm və Təhsil nazirinin müavini Firudin Qurbanov, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov və digər rəsmilərlə yanaşı qalib şagirdlər,onların valideyni/qəyyumu, qalib şagirdlərin tədris aldığı məktəbin direktoru və məktəbin BilBacar koordinatoru, “Ən fəal iştirak” və “Ən yüksək nəticə” nominasiyaları üzrə seçilmiş məktəb direktorları və məktəb koordinatorları iştirak etmişdir.
Qeyd edək ki,məktəbimizin şagirdi Ayla Abdayeva IX siniflər arasında ölkə üzrə II yerə layiq görülmüş,hədiyyə və medalla təltif olunmuşdur. Aylanı və məktəbimizi bu uğuru münasibətilə təbrik edir, uğurlarımızın davamlı olmasını arzulayırıq.