"Bilik günü" keçirildi

Təhsil nazirinin “2019-2020-ci tədris ilində “Bilik günü”nün qeyd olunması və ilk dərs günləri haqqında” əmrinə əsasən ölkəmizin hər yerində olduğu kimi məktəbimizdə də "Bilik günü" qeyd edildi. Dövlət himninin səsləndirilməsindən sonra çıxış edənlər məktəbə ilk qədəm qoyan birinciləri və onların valideynlərini təbrik edərək son illərdə cənab Prezident İlham Əliyev tərəfindən təhsilə göstərilən diqqət və qayğıdan danışdılar. Birincilərin ifasında maraqlı şeirlər səsləndirildi. XI sinif şagirdi, kimya fənn olimpiadasının qalibi Səmədli Altay ilk zəngi birincilər üçün səsləndirdi. Şagirdlər sinif otaqlarına daxil oldular. İbtidai siniflərdə ilk məşğələ “İdman və sağlamlıq”, V-IX siniflərdə “Mütaliə - mənəvi zənginliyə aparan yol”, X-XI siniflərdə “Azərbaycan inkişaf yollarında” mövzularına həsr olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi