Sağlam həyat tərzi və reproduktiv sağlamlıq, erkən qohumlararası nigahların qarşısının alınması sahəsində maarifləndirici tədbirlər davam edir
16.04.2024-cü il tarixində məktəbin psixoloqu Ulduz Mollayeva 9-cu sinif şagirdləri ilə "Qohumlararası nikahların fəsadları" mövzusunda 5-ci məşğələni keçirtdi. U.Mollayeva qohumlararası nikahın fəsadları və bu evlilikdən sağlamlıq imkanı məhdud övladların doğulması haqqında şagirdlərə məlumat verdi. Sonda mövzu ilə bağlı videoçarx izlənildi, müzakirələr aparıldı, şagirdlərin sualları cavablandırıldı.