23 Aprel Beynəlxalq Kitab Günü ilə bağlı şagirdlərimiz Firidun bəy Köçərli adına kitabxanaya ekskursiya ediblər

22.04.2024-cü il tarixində kitabxanaçı Mehparə Hacıyeva və 5"A" sinif rəhbəri Aidə İsmayılova şagirdlərlə Firidun bəy Köçərli adına Respublika Uşaq kitabxanasında oldular. Kitabxana mütəxəssisi Zahirə Cabir şagirdlərə Azərbaycan ədəbi dilinin saflığı uğrunda daim mübarizə aparmış ədəbiyyatşünas, pedaqoq, maarifpərvər, uşaq folklor antologiyasının banisi Firidun bəy Köçərlinin həyat və yaradıcılığından bəhs etdi. Z.Cabir "Təbiətdən məktub" kitabı, "Göy qurşağı" jurnalı ilə şagirdləri tanış etdi. Sonra şagirdlər kiçik və böyük oxu zalları, nağıl otağı ilə tanış oldular. Şagirdlər üçün ekskursiya maraqlı keçdi və onlar kitabxanadan xoş təəssüratla ayrıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi