“Telefona baxma, yola bax” adlı maarifləndirici videoçarx müsabiqəsi elan olunub

Ölkəmizdə sürücülərin diqqətini yayındıran və dəhşətli qəzalara səbəb olan hadisələrin yaşanmaması üçün geniş təbliğat işləri aparılır. Aparılan təbliğat və maarifləndirmə işlərinə məktəbimizin şagirdlərinin də qoşulması üçün məktəbdə “Telefona baxma, yola bax” adlı maarifləndirici videoçarx müsabiqəsi elan olunub. Müsabiqənin şərtlərinə görə şagirdlərimiz hazırlayacaqları videoçarxlarda yol hərəkəti iştirakçısı olan valideynlərini sükan arxasında daha diqqətli və məsuliyyətli olmağa, avtomobil idarə edərkən mobil telefondan istifadə etməməyə çağırmalıdır. Videoçarxlar may ayının 5-nə kimi (055) 597-15-55 nömrəsinə göndərilməlidir. Ən yaxşı videoçarxı seçmək üçün mayın 6-dan 12-dək məktəbin facebook səhifəsində səsvermə keçiriləcək. Səsvermənin şərtləri çox sadədir.Səsvermədə iştirak etmək istəyən şəxs məktəbin facebook səhifəsini bəyənməli və bəyəndiyi videoçarxa səs verməlidir. Ən çox bəyəni (like) toplayan videoçarx qalib hesab ediləcək. Ən çox səs yığan videoçarxın sahibi( şagird və valideyn) məktəbə dəvət edilərək məktəb rəhbərliyi tərəfindən hədiyyə, pul mükafatı və Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi tərəfindən diplomla təltif olunacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi