"Azərbaycanın COP 29-a sədrliyi qlobal şimal və cənub arasında körpüdür" mövzusunda tədbir

"Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının təşkil edilməsi ilə bağlı 2024-cü il üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı və Azərbaycan Respublikasında 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı"nın icrasını təmin etmək məqsədilə 30.04.2024-cü il tarixində coğrafiya müəllimi Gülsüm Hacıyeva 9"A" sinif şagirdləri ilə birgə "Azərbaycanın COP 29-a sədrliyi qlobal şimal və cənub arasında körpüdür" mövzusunda tədbir keçirdi. Şagirdlərdən Rufullayeva Xalidə erməni işğalçılarının ətraf mühitə vurduğu ziyanlardan, Qurbanəliyeva Hənifə Qarabağda ərtaf mühitin qorunması üçün görülən tədbirlərdən danışdı. Əhmədova Nigar, Rzaquluyeva Səmayə mövzu ilə bağlı apardıqları araşdırmaları iştirakçılara videoçarxlar üzərində əyani olaraq izah etdilər. Günümüz üçün aktual olan ətraf mühit, insanların ətraf mühitin çirklənməsində fəal iştiraklarından danışdılar. Ekologiyanın qorunmasında müasir gəncliyin üzərinə düşən məsuliyyəti bir daha xatırlatdılar.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi