Görkəmli Akademik oftalmoloq Zərifə Əliyevanın 28 aprel doğum günüdür

26.04.2024-cü il tarixində biologiya müəllimi Aynurə Mahmudova akademik Zərifə Əliyevanın doğum günü ilə əlaqədar XI "B" sinif şagirdləri ilə "dəyirmi masa" keçirdi. Şagirdlərdən Bəndəliyeva Duyğu görkəmli akademik Zərifə Əliyevanın həyatı, Məmmədova Pəri tibbi fəaliyyəti, Məmmədov Miqdad fəaliyyətinin qiymətləndirilməsi haqqında hazırladıqları məlumatları təqdim etdilər. Nazənin Xasıyeva Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, fəlsəfə doktoru Xankişi Bəxtiyarın Zərifə Əliyevanın xatirəsinə yazdığı şeiri mütaliə etdi. Sonda müəllim A.Mahmudova görkəmli akademikin həyat və fəaliyyəti ilə bağlı şagirdlər arasında sorğu apardı və Zərifə Əliyevaya həsr olunmuş videoçarx izlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi