Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 3-29-69/2-07F/2024 nömrəli 03.04.2024-cü il tarixli "Xüsusi hallar zamanı görülməli işlər barədə əmrin icrası ilə əlaqədar "Gəlin, təhlükəsizliyimizi qoruyaq!" mövzusunda tədbir keçirilib

Məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Mətanət Əsgərova, psixoloq Ulduz Mollayeva, uşaq birliyi təşkilatı rəhbəri Məhnaz Süleymanovanın təşkilatçılığı ilə 29.04.2024-cü il tarixində 9 və 10-cu sinif şagirdləri ilə birgə "Gəlin, təhlükəsizliyimizi qoruyaq!" mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbirdə şagirdlərə təhlükəsizliyinizi məktəbdə, küçədə necə qorumalı, hansı qaydalara əməl etsək, təhlükəsizliyi qoruya bilərik mövzusunda söhbətlər aparıldı. U.Mollayeva mühitin təsirindən, zərərli vərdişlərdən və digər neqativ hallardan qorunmaq üçün hansı addımlar atılacağı barədə məsləhət verdi. M.Süleymanova şagirdlərə xəbərdarlıq etdi ki, çantalara baxış zamanı əlavə əşyalara rast gəlinərsə, xüsusi tədbir görüləcək. Tədbirdə M.Əsgərova qeyd etdi ki, məktəb daxilində neqativ halların baş verməməsi üçün sinif rəhbərləri ilə, valideynlərlə, şagirdlərlə tez-tez maarifləndirici görüşlər keçirilir. Şagirdlərin məktəbə giriş və çıxışına, kənar şəxslərin buraxılmaması, qapı, pəncərələrin təhlükəsizliyi və işlək vəziyyətdə olmasına nəzarət olunur. Həftənin bir gününün təhlükəsizlik günü kimi elan olunması və həftə sonunda müsbət, nümunəvi davranışı ilə fərqlənən şagirdlərin rəğbətlənməsi aparılır. Əgər şagirdin davranışında müşahidə edilmiş nöqsan və çatışmazlıqlar olarsa, sinif rəhbərlərinin valideynlərə rəsmi xəbərdarlıq etməsinin vacib olduğu bildirilmişdir. Görüş şagirdlərin suallarının cavablandırılması ilə başa çatdırılmışdır.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi