Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi ilə əlaqədar tədbirlərin keçirilməsi davam edir

18.04.2024-cü il tarixində Azərbaycan dili və ədəbiyyat müəllimi Nailə Səmədova 8"A" sinif şagirdlərinin dahi şair Məhəmməd Füzulinin zəngin ədəbi-bədii irsini yaxından öyrənmələri üçün maarifləndirici "dəyirmi masa" keçirtdi. Şagirdlər şairin həyat və yaradıcılığından danışdılar. "Söz"qəzəlini Nağızadə Məhəmməd, "Bəsdir" qəzəlini Məmmədova Aysel, Quluzadə Töhfə, Dünyamalıyeva Gülay söylədilər. Əliyeva Damla qəzəli ifadəli oxudu. Tədbirin sonunda şairin qəzəllərinə bəstələnmiş mahnılar səsləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi