Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd olunması ilə əlaqədar "Məhəmməd Füzuli ayı" layihəsinə start verildi

17.04.2024-cü il tarixində kitabxanaçı Mehparə Hacıyeva 7, 8 və 10-cu sinif şagirdləri ilə dahi şair Məhəmməd Füzulinin 530 illiyi ilə bağlı "Məqalə və kitablarla tanışlıq" adlı bədii-qiraət saatı keçirdi. Tədbirdə təşkilatçı Mətanət Əsgərova, Azərbaycan dili və ədəbiyyat fənni üzrə metodbirləşmə sədri Ziyafət Bağırova, filologiya fənni üzrə təcrübəçi tələbələr iştirak edirdi. Müəllim Z.Bağırova ölməz şair M.Füzulinin həyat və yaradıcılığı haqqında şagirdlərə məlumat verdi. Şagirdlərdən Şükürov Rəsul, İbrahimova Zəhra və Ələkbərova Aygün M.Füzulinin qəzəllərindən parçalar oxudular. Təcrübəçi tələbə Kəmalə Vəliyeva çıxış edərək qeyd etdi ki, mənəvi mənliyimizə-dilimizin, mənəviyyatımızın əbədi və canlı heykəlinə çevrilən Füzuli eyni zamanda ərəb və fars dillərinə biganə qalmamış, bu dillərdə də müxtəlif janrlı əsərlər meydana gətirmişdir. Tədbirin sonunda bəstəkar C.Cahangirovun M.Füzulinin "Məni candan usandırdı" qəzəlinə bəstələmiş kantatası N.Qafarzadənin ifasında səsləndi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi