18 Aprel-Tarixi Abidələrin Mühafizəsi günü ilə əlaqədar dəyirmi masa keçirilib

17.04.2024-cü il tarixində tarix müəllimi Elnarə Rüstəmova 7"B" sinif şagirdləri ilə 18 Aprel-Beynəlxalq Abidələrin Mühafizəsi günü ilə əlaqədar "dəyirmi masa" keçirtdi. Şagirdlərdən Hüseynli Aylin, Əmrullayev Zülfüqar, Çələbiyev Yusif xalqımızın keçmişini yaşadan qədim abidələri, tarixi məkanları haqqında hazırladıqları təqdimatı nümayiş etdilər. Tarix müəllimi E.Rüstəmova bildirdi ki, tarixi abidələrimizin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində ölkə rəhbərliyi böyük işlər həyata keçirir və onu da vurğuladı ki, tarixi və mədəniyyət abidələrini qorumaq hər bir ziyallının, vətəndaşın borcudur. Sonda mövzu ilə bağlı müzakirələr aparıldı və videoçarx izlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi