Xocalı harayı

Xocalı soyqırımının 27-ci ildönümünün keçirilməsi barədə Tədbirlər Planına əsasən 5, 7 və 8-ci sinif şagirdləri tarix müəllimi Elnarə Rüstəmovanın rəhbərliyi altında “Xocalı harayı” adlı ədəbi-bədii kompozisiya ilə çıxış etdilər. Tədbirin əvvəlində Xocalı soyqırımına həsr olunmuş şeirlər səsləndi. Şagirdlər faciə gecəsini tərənnüm edən səhnəciklər göstərdilər. Tədbirin sonunda Xocalı haqqında sənədli filmdən fraqmentlər nümayiş olundu. Məktəbin xüsusi siniflərində təhsil alan istedadlı şagirdlərin Xocalıya həsr olunmuş rəsm sərgisi tədbirə xüsusi rəng verirdi.

Şagirdlər sinif-sinif məktəbin yaxınlığında yerləşən “Ana harayı” abidəsini ziyarət edib soyqırım qurbanlarını qırmızı qərənfillərlə yad etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi