Yeni tədris ilinin ilk Pedaqoji Şurası

     14 sentyabr 2018-cı il tarixində məktəbin akt zalında yeni tədris ilində ilk Pedaqoji Şura keçirildi. İclası məktəbin direktoru Sevinc Tahirova açaraq pedaqoji kollektivi yeni tədris ilinin başlanması münasibətilə təbrik etdi, ölkəmizdə aparılan təhsil siyasətindən ətraflı danışaraq pedaqoji heyətə yeni tədris ilində müvəffəqiyyətlər arzuladı. Daha sonra direktor iştirakçıları Pedaqoji Şuranın gündəliyi ilə tanış etdi. Gündəlikdə olan məsələlər geniş müzakirə olundu və hər bir məsələ haqqında qərar qəbul olundu. Cari il üçün qarşıda duran məsələlər haqqında kollektivə ciddi tapşırıqlar verildi. İclasın sonunda məktəbin direktoru bu il təqaüdə göndərilən müəllimlərdən tarix müəllimi Zümrüd Həsənquliyeva və Azərbaycan dili və ədəbiyyat müəllimi Bənövşə Primova haqqında xoş təəssüratlarını danışdı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi