Bülbülün Xatirə Muzeyinə ekskursiya

“Bülbülün 120 illik yubileyinin keçirilməsi” haqqında Tədbirlər planına uyğun olaraq məktəbin xüsusi (nitqi qüsurlu) sinif şagirdlərinin 22 dekabrda Bülbülün Xatirə Muzeyinə ekskursiyası təşkil olundu. Muzeydə şagirdlərə milli musiqimizin inkişafında Bülbülün rolu barədə geniş məlumat verildi.

Şagirdlərimiz muzeydə Azərbaycan vokal məktəbinin banisi, görkəmli müğənninin ifa etdiyi xalq və bəstəkar mahnılarından parçalar dinlədilər. Bülbülün şəxsi əşyaları, əlyazmaları, musiqi notları, fotoşəkilləri, qrammofon valları ilə tanışlıq şagirdlərdə xüsusi marağa səbəb oldu. Muzey rəhbərliyi xatirə olaraq məktəbimizə "Bülbül bütün zamanların nəğməkarı" adlı kitab və "Bülbülün sənəti" adlı disk hədiyyə etdi.

Muzeydən xoş təəssüratla qayıdan şagirdlər öz sevinclərini valideynləri ilə bölüşdülər. 

 

http://baku.edu.gov.az/az/page/234/2600

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi