Dahi Lider Heydər Əliyevin 102-ci ildönümü ilə əlaqədar "dəyirmi masa" keçirildi

07.05.2025-ci il tarixində rus dili müəllimləri Elnarə Rüstəmova və Sevinc Şirinova 11"A", 9"C" və 6"C" sinif şagirdləri ilə Dahi Lider Heydər Əliyevin 102-ci ildönümü ilə əlaqədar "dəyirmi masa" keçirdi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Vətən şəhidləri və Ulu Öndər H.Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Şagirdlər Dahi Lider Heydər Əliyevin iş fəaliyyəti və gördüyü quruculuq işləri haqqında geniş məlumat təqdim etdilər və Vətənə, şəhidlərə, Ulu Öndərə aid şeirlər söylədilər. Sonda Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş kinofilm izlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi