Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın doğum günü anıldı

25.04.2025-ci il tarixində 8"A" sinif rəhbəri Telnaz Teymurova şagirdlərlə "Zərif Ömür" adlı dəyirmi masa keçirtdi. Şagirdlər akademik Zərifə Əliyevanın keçdiyi ömür yolundan, oftalmologiya sahəsində gördüyü işlərdən, iri sənaye müəssisəsində genişmiqyaslı elmi-tədqiqat işləri barədə hazırladıqları məlumatları təqdim etdilər. Sonra müəllim T.Teymurova qeyd etdi ki, Zərifə xanım insanların gözlərinə nur bəxş etmiş həkim oftalmoloq, vətənpərvər alim, xeyirxah insan və əlbəttə ki, Azərbaycan qadınının mücəssiməsi olaraq sədaqətli ömür-gün yoldaşı, cəfakeş ana kimi bu gün xatirələrdə yaşayır. Sonda Zərifə Əliyevanın ömür yolu haqqında videoçarx izlənildi.