"Sağlam nəsil-parlaq gələcək" layihəsinin keçirilməsi ilə əlaqədar tədbirlər davam edir

Risk qrupuna daxil olan şagirdlərin fəal və sağlam həyat tərzinin təbliğ edilməsi, onların zərərli vərdişlərdən uzaq olması ilə bağlı il ərzində mütəmadi maarifləndirici söhbətlər aparılır. Psixoloq Ulduz Mollayeva psixi durumu qeyri-sabit olan, zəif iradi keyfiyyətlərə malik olan şagirdlərin mənəvi-psixoloji problemlərini aradan qaldırmaq, kommunikasiya bacarıqlarını inkişaf etdirmək məqsədi ilə onlarla yeddi həftəlik treninq keçirtdi. U.Mollayeva onu da qeyd etdi ki, treninqin keçirilməsində məqsəd şagirdlərə öz hiss və emosiyalarını, narahatlıqlarını daha optimal yollarla dəf etməyi öyrətmək, onlarla aqressiyanın azadılması, emosional tonusun yüklənməsi istiqamətində çalışmalar aparmaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi